10:32 Yaponiya hökuməti Kişidanın rəhbərliyi ilə tam tərkibdə istefa verdi  ||     12:51 Bakıda sexdəki yanğında ölənlər arasında Gürcüstan vətəndaşı da var  ||     16:12 Yeniyetmənin intihar səbəbi dəhşətə gətirir - İcazəsiz...  ||     16:11 Aktrisa Aysel LÜKS avtomobilində - FOTO  ||     16:09 Hər gün istifadə etdiyimiz şirin zəhər: ÜST xərçəngə səbəb olduğunu elan etdi  ||     16:08 Bakı metrosunda halı pisləşən sərnişin vəfat etdi  ||     16:07 Məşhur müğənninin adı QARA SİYAHIYA salındı - SƏBƏB...  ||     16:06 Alyaskada 7,4 ballıq zəlzələ: Sunami xəbərdarlığı edildi  ||     10:14 Separatçılar Azərbaycanın hava məkanında sərnişin təyyarələrinə qarşı radiomaneələr tətbiq ediblər - RƏSMİ  ||     20:15 Kargo şirkətlərinə qarşı böyük haqsızlıq – NAXÇIVAN GÖMRÜYÜNDƏN ŞİKAYƏT  ||     15:57 Prezident generala yeni vəzifə verdi  ||     14:19 CZN Burakın anası həbs olundu  ||     11:53 Hansı ərazilərdə ev tikənlərə “kupça” veriləcək? - VİDEO  ||     11:52 Azərbaycanda müşahidə edilən FAKTİKİ HAVA  ||     12:00 Xəzər dənizində zəlzələ qeydə alınıb  ||     11:58 Azərbaycanda taksi kimi istifadə olunan avtomobillərdə taksometr quraşdırılması məcburi olacaq  ||     17:05 “Bakı Metropoliteni”dən 2 milyonluq TENDER – Eyni şirkətlər yenə də QALİB OLDU – FOTO  ||     17:02 “Raziyə başımla cavabdehəm. 1 həftədir ki, oğlanın evli olduğunu bilib” - Pərvin  ||     17:00 Fəlakətlə üz-üzə qalan Ukraynada son vəziyyət necədir? - VİDEO  ||     16:59 Daha bir məktəbdə rüşvət qalmaqalı: “Yazığın heç kimlə işi olmur” - VİDEO  ||    

Kargo şirkətlərinə qarşı böyük haqsızlıq – NAXÇIVAN GÖMRÜYÜNDƏN ŞİKAYƏT

Kargo şirkətlərinə qarşı böyük haqsızlıq – NAXÇIVAN GÖMRÜYÜNDƏN ŞİKAYƏT
12 932
21.06.23
Karqo şirkətlərinin böyük zərərə uğradıqları bildirilir.
 
"Bütün dünyada olduğu kimi son zamanlarda Azərbaycanda da əhali daha çox xarici ölkələrdən alış-verişə üstünlük verir. Xarici ölkələrdən malların daşınmasını isə karqo şirkətləri həyata keçirdir. Amma bir aya yaxındır ki, bəzi karqo şirkətləri mallarını daşımaqda çətinliklə üzləşiblər".
 
Bu barədə Open.Az-a United Logistics Group şirkətinin rəhbəri Ülvi Əzizov məlumat verib.
 
United Logistics Group şirkətinin rəhbəri Ülvi Əzizov qeyd edib ki, Azərbaycan Respublikasının hazırkı qanunvericiliyinə görə hər bir karqo şirkəti xarici ölkələrdən daşıdığı malları ancaq hava yolu ilə daşımalıdır. Bu qərar bazardakı qiymətlərin doğru tənzimlənməsi ilə əlaqədar olaraq verilib. Lakin Naxçıvan Baş Gömrük İdarəsində bu qərar düzgün formada həyata keçirilmir.
 
"Belə ki, “Sürət kargo”, “Bahar kargo” və “Nurlu kargo”, adlı kargo şirkətləri  Türkiyənin Naxçıvanla sərhəd olan Iğdır şəhərində anbarlar kirayələyib və məhsulları ortalama 50 manat verməklə Naxçıvan üzərindən Azərbaycana daxil edirlər. Daha sonra isə məhsulların kilosunu 40 qəpikdən Bakıya yollayırlar. Bir sözlə bu şirkətlər Bakı əhalisinə çatacaq malları Naxçıvan üzərindən qeyri-qanuni olaraq keçirdir və nəticə etibari ilə məhsulun kiloqramına 2 dollar ödəyib hava yolları ilə gətirən digər karqo şirkətlərini böyük zərərə uğradırlar. Nəticə etibari ilə Azərbaycan qanunvericiliyi kobud şəkildə pozulur".
 
United Logistics Group şirkətinin rəhbəri Ülvi Əzizov əlavə edib b ki, Bakı Gömrük İdarəsindən verilən məlumata görə, bütün karqo şirkətləri mütləq şəkildə malları hava yolları ilə gətirməlidir. Görünür ki, arada anlaşmazlıq var və bu anlaşmazlıq ən çox kiçik və orta sahibkar olan digər karqo şirkətlərinə zərbə vurur.
 
"Mallarını dövlət tərəfindən qoyulan qanunlara riayət edərək, bütün ödənişlərini edib, hüquqi yolla   gətirən karqo şirkətləri haqsız rəqabət qarşısında böyük çətinlik yaşayır. Biz İqtisadiyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə dəfərlə şikayət etmişik, lakin indiyədək heç bir tədbir görülməyib. Ümid edirik ki, yaxın zamanda problem aradan qaldırılacaq".
 
United Logistics Group şirkətinin rəhbəri Ülvi Əzizov vurğulayıb ki, yuxarıda adı çəkilən 3 kargo şirkəti olan   “Bahar kargo”, “Sürət kargo”, “Nurlu kargo” -nun Bakıda və Naxçıvanda fəaliyyət göstərmək üçün lisenziyaları olsa da, bəzi filallarının lisenziyası olması şübhə altındadır.
Digər Xəbərlər: