10:32 Yaponiya hökuməti Kişidanın rəhbərliyi ilə tam tərkibdə istefa verdi  ||     12:51 Bakıda sexdəki yanğında ölənlər arasında Gürcüstan vətəndaşı da var  ||     16:12 Yeniyetmənin intihar səbəbi dəhşətə gətirir - İcazəsiz...  ||     16:11 Aktrisa Aysel LÜKS avtomobilində - FOTO  ||     16:09 Hər gün istifadə etdiyimiz şirin zəhər: ÜST xərçəngə səbəb olduğunu elan etdi  ||     16:08 Bakı metrosunda halı pisləşən sərnişin vəfat etdi  ||     16:07 Məşhur müğənninin adı QARA SİYAHIYA salındı - SƏBƏB...  ||     16:06 Alyaskada 7,4 ballıq zəlzələ: Sunami xəbərdarlığı edildi  ||     10:14 Separatçılar Azərbaycanın hava məkanında sərnişin təyyarələrinə qarşı radiomaneələr tətbiq ediblər - RƏSMİ  ||     20:15 Kargo şirkətlərinə qarşı böyük haqsızlıq – NAXÇIVAN GÖMRÜYÜNDƏN ŞİKAYƏT  ||     15:57 Prezident generala yeni vəzifə verdi  ||     14:19 CZN Burakın anası həbs olundu  ||     11:53 Hansı ərazilərdə ev tikənlərə “kupça” veriləcək? - VİDEO  ||     11:52 Azərbaycanda müşahidə edilən FAKTİKİ HAVA  ||     12:00 Xəzər dənizində zəlzələ qeydə alınıb  ||     11:58 Azərbaycanda taksi kimi istifadə olunan avtomobillərdə taksometr quraşdırılması məcburi olacaq  ||     17:05 “Bakı Metropoliteni”dən 2 milyonluq TENDER – Eyni şirkətlər yenə də QALİB OLDU – FOTO  ||     17:02 “Raziyə başımla cavabdehəm. 1 həftədir ki, oğlanın evli olduğunu bilib” - Pərvin  ||     17:00 Fəlakətlə üz-üzə qalan Ukraynada son vəziyyət necədir? - VİDEO  ||     16:59 Daha bir məktəbdə rüşvət qalmaqalı: “Yazığın heç kimlə işi olmur” - VİDEO  ||    

İqtisadiyyat Nazirliyi ilə Karqo şirkəti rəhbərləri arasında görüş keçirilmişdir

İqtisadiyyat Nazirliyi ilə Karqo şirkəti rəhbərləri arasında görüş keçirilmişdir
6 772
20.04.23

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyində 19 Aprel 2023-cü il tarixində keçirilən görüşdə poçtdaşıma fəaliyyəti göstərən şirkətləri narahat edən bəzi məsələlər müzakirə edilmişdir.

Şirkətləri narahat edən əsas məsələrdən biri Türkiyənin Trendyol şirkətinin yaxın gələcəkdə Azərbaycan Respublikası ərazisindəki müştərilərinə birbaşa çatdırılma təklif etməsidir. Trendyol şirkətinin bu addımı yerli şirkətlər və ölkədəki işsizlik səviyyəsi üçün çox ciddi risklər yaradır. Şirkətlər tərəfindən görülən risklər aşağıda sadalanmışdır:

 - Trendyol şirkəti çatdırılmanı Azərbaycandakı bütün poçtdaşıyıcılara açıq şəkildə deyil, yalnız məhdud sayda şirkətlər vasitəsiilə həyata keçirəcəkdir. Trendyol yükü bazardakı onlayn satış yükünün 70%-ni təşkil etdiyi üçün digər şirkətlər kütləvi bağlanmalara və ixtisarlara məcbur olacaqdır. Bu da öz növbəsində ölkəmizin makro iqtisadiyyatına mənfi təsir göstərə bilər. Çox az sayda poçt şirkəti öz fəaliyyətini qoruyub saxlaya müvəffəq olacaqdır.

- Trendyol şirkəti Azərbaycana edəcəyi satışlarda daşınma xərcini maya dəyərinin çox altında təklif edəcəkdir. Müştərilər aldığı məhsulun sayından asılı olmayaraq 3.5 dollar daşınma xərci ödəyəckdir. Trendyol şirkəti maya dəyərindən aşağı təklif etdiyi üçün dempinq riskləri yaranır. Qeyd edək ki, bu gün daşınma xərci hər kiloqram üçün minimum 4 ABŞ dolları təşkil edir. Bazarda ədalətli rəqabətin olması üçün minimum xərclərin hesablanaraq dempinqə icazə verilməməlidir. İlk mərhələ istehlakçının lehinə olsa da, bir müddət sonra bu, bazarda inhisarlaşmağa gətirib çıxaracaqdır. Təbii ki, Trendyolun maliyyə resursları çox böyükdür. Lakin bu resurslar Azərbaycandakı yerli poçt şirkətlərinin əleyhinə istifadə edilməməlidir.

- Trendyol şirkəti satış zamanı AR vətəndaşlarından FİN kod və ünvanları toplayacaq və xarici serverlərdə saxlanacaqdır. Nəzər almaq lazımdır ki, Azərbaycanda minimum 500 min insanın Trendyolda hesabı vardır. Bu hal özü də vətəndaşların məlumatlarının təhlükəsizliyi üçün böyük riskdir. 

- Trendyol şirkəti əməkdaşlıq elədiyi poçt şirkətlərinin "təhvil məntəqələrini" təslim nöqtəsi kimi göstərməyi planlaşdırır. Lakin bu məntəqələrin çox azı Poçtdaşıma lisenziyasına sahibdir. Məntəqələrin əksəriyyəti isə mebel mağazaları, telefon mağazaları və s olacaqdır. Həmin məntəqələrdə qanunsuz poçtdaşıma faəliyyəti aparılacaqdır.

- Azərbaycan şirkətləri tərəfindən Trendyol şirkətinə birgə fəaliyyət üçün plan təqdim olunmuşdur. Qəbul edildiyi təqdirdə, Azərbaycanda lisenziyalaşmış poçtdaşıma şirkətləri Trendyolla əməkdaşlıq edə bilərlər. Bu sxem ilə Trendyol müştərilərə lisenziyalı məntəqələrdə xidmət təqdim edə bilər. Planda vahid APİ vasitəsilə Trendyol şirkəti bir qoşulma ilə bütün poçt operatorları ilə işləyə bilər. 

- Trendyol şirkəti bugün də Azərbaycana satış edir. Lakin təslim nöqtəsi kimi vətəndaşlarımızın Türkiyədəki ünvanları qeyd olunur və satış Türkiyədə yekunlaşır. Yeni sxemde artıq satış Azərbaycan Respublikası ərazisində davam edəcəkdir. Gömrükdən sonrakı prosesləri də (müştəri xidmətləri, geri qaytarılma, yerli reklamlar) Trendyol şirkəti müştəri üçün icra edəcəkdir. Bu zaman ƏDV yarana bilər mi? Nümunə üçün Trendyol.de saytında Avropa bazarında təqdim olunan məhsullar rüsumu ilə birlikdə təqdim olunur. Azərbaycanda 300 ABŞ dollarına qədər rüsum olmasa da, bu vətəndaşlar üçün ayrılmış güzəştdir. Xarici şirkətlərin bu münbit şəraitdən istifadə edərək yerli idxalçıları və poçt daşıyıcılarını çətin vəziyyətə salması ədalətsiz rəqabətə gətirib çıxaracaq.
Digər Xəbərlər: