10:32 Yaponiya hökuməti Kişidanın rəhbərliyi ilə tam tərkibdə istefa verdi  ||     12:51 Bakıda sexdəki yanğında ölənlər arasında Gürcüstan vətəndaşı da var  ||     16:12 Yeniyetmənin intihar səbəbi dəhşətə gətirir - İcazəsiz...  ||     16:11 Aktrisa Aysel LÜKS avtomobilində - FOTO  ||     16:09 Hər gün istifadə etdiyimiz şirin zəhər: ÜST xərçəngə səbəb olduğunu elan etdi  ||     16:08 Bakı metrosunda halı pisləşən sərnişin vəfat etdi  ||     16:07 Məşhur müğənninin adı QARA SİYAHIYA salındı - SƏBƏB...  ||     16:06 Alyaskada 7,4 ballıq zəlzələ: Sunami xəbərdarlığı edildi  ||     10:14 Separatçılar Azərbaycanın hava məkanında sərnişin təyyarələrinə qarşı radiomaneələr tətbiq ediblər - RƏSMİ  ||     20:15 Kargo şirkətlərinə qarşı böyük haqsızlıq – NAXÇIVAN GÖMRÜYÜNDƏN ŞİKAYƏT  ||     15:57 Prezident generala yeni vəzifə verdi  ||     14:19 CZN Burakın anası həbs olundu  ||     11:53 Hansı ərazilərdə ev tikənlərə “kupça” veriləcək? - VİDEO  ||     11:52 Azərbaycanda müşahidə edilən FAKTİKİ HAVA  ||     12:00 Xəzər dənizində zəlzələ qeydə alınıb  ||     11:58 Azərbaycanda taksi kimi istifadə olunan avtomobillərdə taksometr quraşdırılması məcburi olacaq  ||     17:05 “Bakı Metropoliteni”dən 2 milyonluq TENDER – Eyni şirkətlər yenə də QALİB OLDU – FOTO  ||     17:02 “Raziyə başımla cavabdehəm. 1 həftədir ki, oğlanın evli olduğunu bilib” - Pərvin  ||     17:00 Fəlakətlə üz-üzə qalan Ukraynada son vəziyyət necədir? - VİDEO  ||     16:59 Daha bir məktəbdə rüşvət qalmaqalı: “Yazığın heç kimlə işi olmur” - VİDEO  ||    

Azərbaycanda müşahidə edilən FAKTİKİ HAVA

Azərbaycanda müşahidə edilən FAKTİKİ HAVA
10 302
19.06.23
Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Milli Hidrometeorologiya Xidmətinin iyunun 19-u saat 11:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb, bəzi yerlərdə intensiv və güclü olub.

Düşən yağıntının miqdarı Qaxda 35 mm, Tovuzda 31 mm (aylıq normanın 55 faizi ), Şəkidə 25 mm, Naftalanda 24 mm, Sabirabadda 20 mm (aylıq normanın 73 faizi), Hacıqabulda 19 mm (aylıq normanın 98 faizi), Gəncədə 19 mm, Göygöl, Ağdamda 18 mm, Qusarda 13 mm, Oğuzda 10 mm, İmişli, Şahdağda 9 mm, Tovuzda 7 mm Balakən, Biləsuvarda 6 mm, Qəbələ, Şabran, Şirvan, Şahbuz, Daşkəsən, Şəmkirdə, Gədəbəy, Xaltan, Quba, Altıağac, Beyləqan, Şamaxı, Tərtər, Mingəçevir, Şamaxı, Qrız, Sədərək, Ceyrançöl, Ağstafa, Zaqatala, Qobustan, Bərdə, Yevlax, Zərdab, Yardımlı, Neftçalada 1-5 mm, Bakıda və Abşeron yarımadasında 2 mm-dək olub.

Şimal-qərb küləyi Bərdədə 28, Goranboyda 25, Gəncədə 24, Cocuqmərcanlı, Daşkəsəndə 23, Naftalan, İsmayıllı, Göyçayda 22, Şəmkir, Oğuz, Tərtər, Bərdə, Mingəçevirdə 18, Sabirabadda 17, Naxçıvan, Göygöldə 16, Zaqatala, Şəkidə 15, Bakıda və Abşeron yarımadasında 22 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2 metrə çatıb.

İyunun 18-də saat 20:00 radələrində Tovuz rayonu ərazisindən axan Əsrikçaydan sel keçib. Saat 17:00 radələrində Qubadlı rayonu ərazisinə dolu düşüb.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 33, Naxçıvan MR-da 34, dağlıq rayonlarda 24, Aran rayonlarında 37 dərəcəyədək isti olub.
Digər Xəbərlər: