10:32 Yaponiya hökuməti Kişidanın rəhbərliyi ilə tam tərkibdə istefa verdi  ||     12:51 Bakıda sexdəki yanğında ölənlər arasında Gürcüstan vətəndaşı da var  ||     16:12 Yeniyetmənin intihar səbəbi dəhşətə gətirir - İcazəsiz...  ||     16:11 Aktrisa Aysel LÜKS avtomobilində - FOTO  ||     16:09 Hər gün istifadə etdiyimiz şirin zəhər: ÜST xərçəngə səbəb olduğunu elan etdi  ||     16:08 Bakı metrosunda halı pisləşən sərnişin vəfat etdi  ||     16:07 Məşhur müğənninin adı QARA SİYAHIYA salındı - SƏBƏB...  ||     16:06 Alyaskada 7,4 ballıq zəlzələ: Sunami xəbərdarlığı edildi  ||     10:14 Separatçılar Azərbaycanın hava məkanında sərnişin təyyarələrinə qarşı radiomaneələr tətbiq ediblər - RƏSMİ  ||     20:15 Kargo şirkətlərinə qarşı böyük haqsızlıq – NAXÇIVAN GÖMRÜYÜNDƏN ŞİKAYƏT  ||     15:57 Prezident generala yeni vəzifə verdi  ||     14:19 CZN Burakın anası həbs olundu  ||     11:53 Hansı ərazilərdə ev tikənlərə “kupça” veriləcək? - VİDEO  ||     11:52 Azərbaycanda müşahidə edilən FAKTİKİ HAVA  ||     12:00 Xəzər dənizində zəlzələ qeydə alınıb  ||     11:58 Azərbaycanda taksi kimi istifadə olunan avtomobillərdə taksometr quraşdırılması məcburi olacaq  ||     17:05 “Bakı Metropoliteni”dən 2 milyonluq TENDER – Eyni şirkətlər yenə də QALİB OLDU – FOTO  ||     17:02 “Raziyə başımla cavabdehəm. 1 həftədir ki, oğlanın evli olduğunu bilib” - Pərvin  ||     17:00 Fəlakətlə üz-üzə qalan Ukraynada son vəziyyət necədir? - VİDEO  ||     16:59 Daha bir məktəbdə rüşvət qalmaqalı: “Yazığın heç kimlə işi olmur” - VİDEO  ||    

“Bakı Metropoliteni”dən 2 milyonluq TENDER – Eyni şirkətlər yenə də QALİB OLDU – FOTO

“Bakı Metropoliteni”dən 2 milyonluq TENDER – Eyni şirkətlər yenə də QALİB OLDU – FOTO
10 768
06.06.23
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti martın 13-də, aprelin 14-də və mayın 1-də elan etdiyi və ümumi maliyyə dəyəri 2 milyon 083 min 498 manat olan üç satınalma tenderinin nəticələrini və qaliblərini açıqlayıb. 

Bizim.Media xəbər verir ki, martın 13-də elan edilən və bu gün açıqlanan tenderin qalibi “Texnoloji Avadanlıq” Kiçik Müəssisəsi (VÖEN  - 1700164241) olub. 
 
Yaxın günlərdə tərəflər arasında “İstismar sahəsi üzrə yolun üst quruluş elementlərinin satın alınması” məqsədilə satınalma müqaviləsi imzalanacaq. Maliyyə dəyəri 941 min 050 manat olan müqavilənin şərtlərinə əsasən, şirkət QSC üçün yol istismar avadanlıqlarının, yəni 10 ton 150 mm-lik yol şrupu, 10 min ədəd “M” tipli altlıq və 1000 ədəd kəfkirli milin satınalınmasını həyata keçirəcək. 

Qeyd edək ki, şirkət 1996-cı ildə yaradılıb və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsi tərəfindən dövlət qeydiyyatına alınıb.

Şirkətin texnologi.az rəsmi saytında isə, Ədliyyə Nazirliyi tərəfindən 28747 saylı dövlət qeydiyyatına alındığı və 013139 nömrəli lisenziya əsasında irimiqyaslı tikinti işləri ilə məşğul olunduğu qeyd edilib. İsveçrənin SGS (beynəlxalq standartlaşdırma təşkilatı) şirkəti tərəfindən sertifikatlaşdırılıb və Azərbaycanda və “ISO 9001:2000 standartı ilə fəaliyyət göstərir.

İnternet resurslarında, şirkətin iki ünvanda fəaliyyət göstərdiyi əks olunub. Bunlardan biri, Bakı şəhəri, Musəvi küçəsi 7, digəri isə Bakı şəhəri, Səbail rayonu, Məmməd əfəndiyev küçəsi 7 ünvanıdır. Rəhbərliyi haqqında isə heç bir məlumat yoxdur.

Bu şirkət “Bakı Metropoliteni” ən köhnə müştərisidir

“Bakı Metropoliteni” QSC-nin ikinci tenderi, “Tikinti və istismar sahələri üçün boruların və santexnika mallarının satın alınması” ilə bağlıdır.

Maliyyə dəyəri 720 min 044 manat olan tenderin qalibi “Caspian Klima” MMC (VÖEN - 1001968541) elan olunub. Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin şərtlərinə əsasən, şirkət qurum üçün su qızdırıcıları və binalar üçün istilik sistemləri, o cümlədən santexnika avadanlıqlarının satınalınmasını həyata keçirəcək. 

Qeyd edək ki, “Caspian Klima” MMC  2010-cu ildən təsis edilib,  İN yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi tərəfindən dövlət qeydiyyatına alınıb və Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küç. 62A ünvanında fəaliyyət göstərir. Satış ofisi Bakı ş.,Binəqədi r-nu, Cəfər Xandan küçəsi 23-də, anbarı isə Bakı ş., Binəqədi Sənəyə Zonasında yerləşir. 
Havalandırma və istilik sistemlərinin avadanlıq material hissəsinin idxalı və daxili bazarda satışı ilə məşğul olan şirkət Azərbaycanda Blauberg, Makroteknik, HTK, FAF Vana, Baltur, Arıkazan, ATA Boyler, APE kimi markaların rəsmi nümayəndəsidir. 

Xatırladaq ki, "Caspian Klima" MMC daha öncə də, ümumilikdə 425 min manatlıq Bakı Metropoliteninin 3 tenderini udub. 

Bunlardan ikisi 2021-ci ildə baş tutub. Belə ki, “Bakı Metropoliteni” QSC 14 iyun 2021-ci ildə “su və kanalizasiya xəttlərinin çəkilməsində istifadə olunan mal-materialın satın alınması”na dair müsabiqədə “Caspian Klima” MMC qalib gəlib. Tərəflər arasında 23 iyulda 274 min 706 manat məbləğində müvafiq satınalma müqaviləsi imzalanıb.

İkinci tender isə iyulun 23-də “Bakı Metropoliteni” QSC  üçün “Su və kanalizasiya xəttlərinin çəkilməsində istifadə olunan mal-materialın satın alınması” üçün keçirilib və “Caspian Klima Trading” MMC qalib gəlib. Tərəflər elə həmin gün 274 min 706 manat məbləğində ikinci müvafiq satınalma müqaviləsi imzalayıblar.

“Bakı Metropoliteni” QSC-nin dünən açıqlanan sonuncu tenderi isə “İstismarda olan ET-3M və ET-5M tipli eskalatorlarının əsaslı təmiri üçün lazım olan ehtiyyat hissələrinin satınalınması” məqsədilə mayın 1-də elan olunub.

“Bakı-Mexaniki-Təmir” ASC-nin rəhbəri kimdir?

Maliyyə dəyəri 422 min 404 manat olan tenderin qalibi “Bakı Mexaniki Təmir” ASC (VÖEN - 1600247411) olub. 

Qeyd edək ki, “Bakı-Mexaniki-Təmir” ASC 2002-ci ildə İN yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən dövlət qeydiyyatına alınıb və Nəsibov Kəmaləddin İslam oğludur. Şirkətin nizamnamə kapitalı 57,902 min manat təşkil edir.
Adıçəkilən şirkət 2019-cu ildən QSC-nin tenderlərində iştirak edir. Belə ki, həmin ilin iyulun 25-də “Bakı Metropoliteni”nin sifarişinə əsasən "N.Nərimanov" elektrik deposu ərazisində tikanlı məftildən, metal profildən xüsusi tipli mühafizə hasarının və 17, 24, 40 saylı şaxtaların üzərində metal konstruksiyadan ventilyasiya köşklərinin hazırlanıb quraşdırılması işlərini həyata keçirilməsi üçün aralarında 272 min 527,79 manatlıq müqavilə imzalanıb. 

QSC-nin növbəti tenderi 2021-ci ilin iyunun 13-də baş tutub.

Belə ki, “Bakı Metropoliteni” QSC istismarda olan metro vaqonlarının ön görünüşünün dəyişdirilməsi, qumla təmizlənməsi üçün tam sökülməsi, qumla təmizlənməsi, antipas boya ilə rənglənməsi, kuzovun bərpası, iki qat akril boya ilə rənglənməsi, yığılaması və salon daxili işıqlanmanın tam dəyişdirilməsi və modernləşməsi işlərinin satın alınması ilə bağlı tender elan edib və bu şirkət qalib olub və aralarında 717 min 334 min manat məbləğində satınalma müqaviləsi imzalanıb.

Şirkət sonuncu dəfə bu ilin martın 9-da QSC-nin tenderinin qalibi olub.

Tərəflər arasında bağlanan və maliyyə dəyəri təxminən 500 min manatdan çox olan satınalma müqaviləsində, istismarda olan metro vaqonlarının qumla təmizlənməsi üçün tam sökülməsi, qumla təmizlənməsi, antipas boya ilə rənglənməsi, kuzovun bərpası, iki qat akril boya ilə rənglənməsi, tam yığılaması və modernləşməsi işlərinin satınalınması nəzərdə tutulub. 




Rövşən Ziya, Bizim.Media 
Digər Xəbərlər: