Azərbaycanın Laçın yolunda, Həkəri çayı üzərində nəzarət-buraxılış məntəqəsi quraşdırması erməniləri əməlli-başlı təşvişə salıb. Hazırda orada gömrük əməkdaşlarımızın fəaliyyətə başlaması haqda yayılan xəbərlər isə sözün əsl mənasında bomba effekti yaradıb. Belə ki, ermənilər tranzit kimi ərazimizdən istifadə etdikləri təqdirdə rüsum ödəməli olacaqlar. Bəs görəsən, Laçın yolunda buraxılış məntəqəsinin və gömrük postunun qoyulması bizə hansı iqtisadi dividentlər qazandırır?
İqtisadçının sözlərinə görə, Azərbaycanın 30 ildir Ermənistanla heç bir iqtisadi əlaqəsi yoxdur: “Ona görə də, hazırda bu prosesin büdcəyə nə qədər gəlir qazandıracağını rəqəmlərlə ifadə etmək çətindir. Bu, gələcəkdə iqtisadi dövriyənin həcmindən, Xankəndiyə daxil olan avtomobillərin sayından asılı olacaq. Hələlik orada nə qədər erməni əhalimizin yaşayacağını, nə qədər insanın reinteqrasiya prosesinə cəlb ediləcəyini proqnozlaşdırmaq mümkün deyil. Üstəlik, Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlığın hansı formada baş verəcəyini müəyyənləşdirməliyik. Məsələn, hazırda Gürcüstanla böyük iqtisadi dövriyyəmiz mövcuddur. Rəsmi Tbilisi demək olar ki, 4-cü xarici iqtisadi tərəfdaşımızdır. Görək Ermənistanla bu əlaqələr necə tənzimlənəcək? Yalnız bundan sonra konkret rəqəmlər söyləmək mümkündür. Amma hazırda erməni maşınlarından rüsumların alınması gerçəkləşəcək. Hətta gələcəkdə Xankəndiyə daxil olan Ruisya və İran avtomobilləri də rüsum ödəməli olacaq”.
Mövzu ilə bağlı saytımıza açıqlama verən iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, Laçında sərhəd-keçid məntəqəsinin yaradılması hərbi, siyasi və strateji baxımdan atılan addımdır. Sevindirici haldır ki, bu istiqamətdə uğurlu nəticə əldə etmişik: “Hesab edirəm ki, orada Gömrük fəaliyyəti ən qısa zamanda təmin olunsa belə, onun faydaları haqqında fikir söyləmək çox tezdir. Çünki proseslərin hansı formada cərəyan edəcəyindən çox şey asılı olacaq. Burada gömrük fəaliyyətinin tənzimlənməsi və maksimuma çatdırılması üçün illər lazımdır. Bütün hallarda burada olan faydanı rəqəmlərlə söyləmək çox çətindir. Sadəcə Gürcüstan misalında müqayisə aparmaq olar. Belə ki, Gürcüstanla 1,1 milyard dollar ticari dövriyəmiz olub. Yəni qonşu ölkə öz ticari dövriyəsinin 80 faizini Azərbaycanla edir. Düşünürəm ki, Ermənistanla da bu potensial mövcuddur. Amma bunun üçün ilk növbədə sülh sazişi imzalanmalıdır”.
Eldəniz Əmirovun sözlərinə görə, sülh sazişi olmadığı təqdirdə gömrüklə bağlı məsələlər haqda dəqiq fikir söyləmək çətindir: “Hesab edirəm ki, gec-tez saziş imzalanacaq və gömrük prosedurları ilə bağlı dəqiq fikirlər söyləmək mümkün olacaq. Növbəti mərhələ burada gömrük keçid məntəqəsinin qurulması, onun şərtləri və günlər üzrə faydalılıq göstəriciləri olmalıdır. Gözləntilər və potensial çox yüksəkdir. Düşünürəm ki, bu proses istər Xankəndidə yaşayan ermənilər, istərsə də Ermənistanın özü üçün çox əlverişli olacaq. İqtisadi həyatın canlanması üçün sülh sazişinə çox böyük ehtiyac var”.
Mövzunu KONKRET.az-a şərh edən iqtisadçı Eyyub Kərimli bildirib ki, Laçın yolunda gömrük postunun qoyulması gələcəkdə oradan keçən tranzit avtomobillərdən rüsum almağımızla nəticələnəcək: “Bu gəlirlər isə dövlət büdcəsinə cəlb olunacaq. Ora bizim ərazimizdir. Bu səbəbdən də Laçın yolundan Xankəndi istiqamətinə hərəkət edən hər bir avtomobil Azərbaycana rüsum ödəməli olacaq. Həmçinin başqa ölkələrdən gələn yüklərə görə də rüsum tələb ediləcək. Gələcək perspektivdə Ermənistanla hər hansısa sahədə iqtisadi mübadilə aparılsa, o zaman Azərbaycanın digər ölkələrə tətbiq etdiyi qaydalar İrəvana da şamil olunacaq. Bizim ölkəyə daxil olan maşınlardan tələb edilən rüsumlar onlardan da alınacaq. Bu, həm bizim xarici ticarət dövrüyəmizi artıracaq, həm də gələcəkdə iqtisadi inteqrasiyanı qanuniləşdirəcək. Ümumilikdə, proseslər büdcə daxilolmalarını artıracaq”.
İqtisadçının sözlərinə görə, Azərbaycanın 30 ildir Ermənistanla heç bir iqtisadi əlaqəsi yoxdur: “Ona görə də, hazırda bu prosesin büdcəyə nə qədər gəlir qazandıracağını rəqəmlərlə ifadə etmək çətindir. Bu, gələcəkdə iqtisadi dövriyənin həcmindən, Xankəndiyə daxil olan avtomobillərin sayından asılı olacaq. Hələlik orada nə qədər erməni əhalimizin yaşayacağını, nə qədər insanın reinteqrasiya prosesinə cəlb ediləcəyini proqnozlaşdırmaq mümkün deyil. Üstəlik, Azərbaycan və Ermənistan arasında iqtisadi əməkdaşlığın hansı formada baş verəcəyini müəyyənləşdirməliyik. Məsələn, hazırda Gürcüstanla böyük iqtisadi dövriyyəmiz mövcuddur. Rəsmi Tbilisi demək olar ki, 4-cü xarici iqtisadi tərəfdaşımızdır. Görək Ermənistanla bu əlaqələr necə tənzimlənəcək? Yalnız bundan sonra konkret rəqəmlər söyləmək mümkündür. Amma hazırda erməni maşınlarından rüsumların alınması gerçəkləşəcək. Hətta gələcəkdə Xankəndiyə daxil olan Ruisya və İran avtomobilləri də rüsum ödəməli olacaq”.
Mövzu ilə bağlı saytımıza açıqlama verən iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, Laçında sərhəd-keçid məntəqəsinin yaradılması hərbi, siyasi və strateji baxımdan atılan addımdır. Sevindirici haldır ki, bu istiqamətdə uğurlu nəticə əldə etmişik: “Hesab edirəm ki, orada Gömrük fəaliyyəti ən qısa zamanda təmin olunsa belə, onun faydaları haqqında fikir söyləmək çox tezdir. Çünki proseslərin hansı formada cərəyan edəcəyindən çox şey asılı olacaq. Burada gömrük fəaliyyətinin tənzimlənməsi və maksimuma çatdırılması üçün illər lazımdır. Bütün hallarda burada olan faydanı rəqəmlərlə söyləmək çox çətindir. Sadəcə Gürcüstan misalında müqayisə aparmaq olar. Belə ki, Gürcüstanla 1,1 milyard dollar ticari dövriyəmiz olub. Yəni qonşu ölkə öz ticari dövriyəsinin 80 faizini Azərbaycanla edir. Düşünürəm ki, Ermənistanla da bu potensial mövcuddur. Amma bunun üçün ilk növbədə sülh sazişi imzalanmalıdır”.
Eldəniz Əmirovun sözlərinə görə, sülh sazişi olmadığı təqdirdə gömrüklə bağlı məsələlər haqda dəqiq fikir söyləmək çətindir: “Hesab edirəm ki, gec-tez saziş imzalanacaq və gömrük prosedurları ilə bağlı dəqiq fikirlər söyləmək mümkün olacaq. Növbəti mərhələ burada gömrük keçid məntəqəsinin qurulması, onun şərtləri və günlər üzrə faydalılıq göstəriciləri olmalıdır. Gözləntilər və potensial çox yüksəkdir. Düşünürəm ki, bu proses istər Xankəndidə yaşayan ermənilər, istərsə də Ermənistanın özü üçün çox əlverişli olacaq. İqtisadi həyatın canlanması üçün sülh sazişinə çox böyük ehtiyac var”.
Yaponiya hökuməti Kişidanın rəhbərliyi ilə tam tərkibdə istefa verdi
Bakıda sexdəki yanğında ölənlər arasında Gürcüstan vətəndaşı da var
Yeniyetmənin intihar səbəbi dəhşətə gətirir - İcazəsiz...
Aktrisa Aysel LÜKS avtomobilində - FOTO
Hər gün istifadə etdiyimiz şirin zəhər: ÜST xərçəngə səbəb olduğunu elan etdi
Oxşar Xəbərlər:
“Azərbaycan artıq ərazilərinə kimlərin daxil olub çıxacağına nəzarət edəcək” - Politoloq
Qarabağ ermənilərinin iki seçimi var: ya şərtləri qəbul etməli, ya da... - AÇIQLAMA
Azərbaycanla Türkiyə arasında Protokol imzalanıb - YENİLƏNİB + FOTO
Səbrimiz sonsuz deyil - TƏHLİL
Generalın tutdurduğu iş adamının ifadəsi: 10 milyon avroluq kredit vədi, 560 minlik iddia...
Mələkxanımın gəlininin son durumu