10:32 Yaponiya hökuməti Kişidanın rəhbərliyi ilə tam tərkibdə istefa verdi  ||     12:51 Bakıda sexdəki yanğında ölənlər arasında Gürcüstan vətəndaşı da var  ||     16:12 Yeniyetmənin intihar səbəbi dəhşətə gətirir - İcazəsiz...  ||     16:11 Aktrisa Aysel LÜKS avtomobilində - FOTO  ||     16:09 Hər gün istifadə etdiyimiz şirin zəhər: ÜST xərçəngə səbəb olduğunu elan etdi  ||     16:08 Bakı metrosunda halı pisləşən sərnişin vəfat etdi  ||     16:07 Məşhur müğənninin adı QARA SİYAHIYA salındı - SƏBƏB...  ||     16:06 Alyaskada 7,4 ballıq zəlzələ: Sunami xəbərdarlığı edildi  ||     10:14 Separatçılar Azərbaycanın hava məkanında sərnişin təyyarələrinə qarşı radiomaneələr tətbiq ediblər - RƏSMİ  ||     20:15 Kargo şirkətlərinə qarşı böyük haqsızlıq – NAXÇIVAN GÖMRÜYÜNDƏN ŞİKAYƏT  ||     15:57 Prezident generala yeni vəzifə verdi  ||     14:19 CZN Burakın anası həbs olundu  ||     11:53 Hansı ərazilərdə ev tikənlərə “kupça” veriləcək? - VİDEO  ||     11:52 Azərbaycanda müşahidə edilən FAKTİKİ HAVA  ||     12:00 Xəzər dənizində zəlzələ qeydə alınıb  ||     11:58 Azərbaycanda taksi kimi istifadə olunan avtomobillərdə taksometr quraşdırılması məcburi olacaq  ||     17:05 “Bakı Metropoliteni”dən 2 milyonluq TENDER – Eyni şirkətlər yenə də QALİB OLDU – FOTO  ||     17:02 “Raziyə başımla cavabdehəm. 1 həftədir ki, oğlanın evli olduğunu bilib” - Pərvin  ||     17:00 Fəlakətlə üz-üzə qalan Ukraynada son vəziyyət necədir? - VİDEO  ||     16:59 Daha bir məktəbdə rüşvət qalmaqalı: “Yazığın heç kimlə işi olmur” - VİDEO  ||    

Azərbaycanda sürətli poçtdaşıma ( karqo ) bazarındakı xaos niyə aradan qaldırılmır? - NAZİRLİKLƏR SUSUR

Azərbaycanda sürətli poçtdaşıma ( karqo ) bazarındakı xaos niyə aradan qaldırılmır? - NAZİRLİKLƏR SUSUR
7 235
19.04.23
Azərbaycanda sayı durmadan artan sürətli poçtdaşıma şirkətləri ilə bağlı sosial şəbəkələrdə müzakirələr artır. Sürətlə artan, nəzarət funksiyasını yerinə yetirməli olan dövlət orqanlarının nəzarət etmədiyi bu sahədə sözünün həqiqi mənasında xaos yaşanır.
Bu günlərdə sürətli poçtdaşıma şirkətlərindən birinin mebel mağazalar şəbəkəsində bağlamaları təhvil verməsi ilə bağlı elanına rast gəldik. Ümumiyyətlə, ölkədə fəaliyyət göstərən əksər sürətli poçtdaşıma şirkəti “məntəqə” adı ilə çörək, şirniyyat, mebel mağazasının ünvanını yazır.
Əlbəttə ki, həmin obyektlərin təyinat istiqaməti başqadır, buradakı kassa aparataları məhz bu mağazaların öz təyinat istiqaməti və obyekt koduna görə müəyyən olunub.
Gəlirlərin artırılması üçün xərcləri optimallaşdırmaq yolu ilə iki və daha çox şirkətin birgə əməkdaşlığı normal ticarət münasibətləri olsa da, belə fəaliyyət zamanı qanunvericiliyin pozulması, vergidən yayınma halları və bazarda olan digər iştirakçıları “ticari hiylə” yolu ilə sıxışdırmaq qanunla qadağandır. Məsələ burasındadır ki, bəzi sürətli poçtdaşıma şirkətləri daha asan yollara baş vuraraq, paytaxtda bir neçə filial şəbəkəsi olan mağaza şəbəkələri ilə əməkdaşlığa gedərək bağlamalarını müştəriyə çatdırırlar.
Məlumat üçün qeyd edək ki, Azərbaycanda sürətli poçtdaşıma şirkətinin fəaliyyət göstərməsi üçün İqtisadiyyat Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliklərindən birgə lisenziya alınmalıdır. Azərbaycan Respublikası “Lisenziyalar və icazələr haqqında” qanununda da sürətli poçt xidməti lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısındadır. Bununla yanaşı, sürətli poçtdaşıma fəaliyyəti üçün lisenziya alan şirkət təhvil verəcəyi bağlamaların saxlandığı hər filial üçün də ayrıca lisenziya almalı, həmin satış nöqtələri, anbarlar vergi uçotuna alınmalı və ayrıca kassa aparatı ilə təmin olunmalıdır.
Görünən isə budur ki, sürətli poçtdaşıma şirkətləri paytaxtda çoxsaylı mağaza şəbəkələrinə malik sahibkarlıq subyektləri ilə əməkdaşlıq edərək müştərilərə poçt xidməti göstərərkən əlavə lisenziya və kassa aparatlarından, dolayı yolla əlavə vergi xərclərindən yayınırlar.
Bəs, qanunvericilik nə deyir?
Məsələ ilə bağlı “Norma Hüquq Mərkəzi MMC”nin direktoru, hüquqşunas Şamil Paşayev “APA-Economics”ə bildirib ki, sürətli poçtdaşıma şirkətinin fəaliyyətinin həyata keçirilməsi ilə bağlı poçtdaşıma xidməti sahəsində ixtisaslaşan sahibkarlıq subyekti Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliklərindən birgə lisenziya almalıdır.
Bundan başqa, sürətli poçtdaşıma şirkətlərinin filiallarında eyni qayda tətbiq edilir. Yəni, filial açmaq üçün də İqtisadiyyat Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliklərindən birgə lisenziya alınması vacib şərtdir.
“Sürətli poçtdaşıma xidmətinin təşkil edilməsi üçün yalnız filialların fəaliyyət göstərməsi nəzərdə tutulur, hər hansı məntəqə, qəbul yeri, kənar anbar, başqa dükan və ya marketlərdə poçtdaşıma obyektinə aid olan malların müvafiq şəxslərə çatdırılması tənzimlənmir və qadağandır. Hər bir filialda da kassa aparatı, ödəmə üsulu olması zəruridir. Ödənişin kassadan kənar edilməsi və ya post-terminal olmamasına 1 təqvim ilində 1-ci dəfə 1000 manat, 2-ci dəfə 3000, 3-cü dəfə isə 6000 manat maliyyə sanksiyası nəzərdə tutulur”, - deyə Ş.Paşayev vurğulayıb.
Qanun pozanlar niyə cəzalandırılmır?
Hüquqşünas onu da əlavə edib ki, lisenziya almadan məntəqələri filial kimi işlədən şirkətlərin ümumi poçtdaşıma qanunvericiliyinin tələbini kobud surətdə pozub başqa formada poçtdaşıma xidməti həyata keçirdiklərinə görə, həmin şirkətin ümumi lisenziyası ləğv edilə bilər.
Bundan başqa, qeyd olunan xüsusiyyətlər inzibati və cinayət məsuliyyətinə də səbəb ola bilər: “İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinə əsasən, Dövlət qeydiyyatına (vergi uçotuna) alınmadan və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunduğu hallarda belə lisenziya almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, yaxud lisenziyada nəzərdə tutulmuş şərtlərin pozulması ilə və ya xüsusi icazə olmadan mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalardan istifadə etməklə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə görə inzibati xəta nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki mislindən dörd mislinədək miqdarda cərimə edilir.
Nəzərə alınması vacib nüans ondan ibarətdir ki, qeyd olunan pozuntular (əlli min manatdan artıq) ziyan vurduqda və ya həmin məbləğdə gəlir əldə etməklə törədildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192-ci maddəsinə əsasən həmin əməllər cinayət məsuliyyətinə səbəb olur və müsbət halda altı ayadək, xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildikdə, hətta 7 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır”.
Məsələ bundadır ki, bu cür şirkətlərə lisenziyanı İqtisadiyyat və Rəqəmsal İnkişaf və Nəqliyyat nazirlikləri birgə versələr də, heç bir qurum məsuliyyəti öz üzərinə götürmək istəmir. Eyni zamanda hər iki nazirlik “APA-Economics”in sorğusuna cavab olaraq bu məsələnin “onlara aidiyyatı olmadığını” bildiriblər.
Nazirliklərdən bildirilib ki, bu məsələ ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Məşğul olmalıdır. Halbuki şirkətlərə lisenziya verən hər iki nazirlik lisenziya şərtlərinə əməl edilib-edilməməsinə birbaşa nəzarət etməyə borcludur. Əgər bu fəaliyyətlə məşğul olmaq üçün heç bir qayda-qanun yoxdursa, o zaman lisenziya niyə tələb olunur? Mebel mağazası və ya ət dükanı necə anbar fəaliyyəti göstərə bilər?
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən isə məsələnin araşdırma tələb etdiyini qeyd ediblər.
Digər Xəbərlər: