Ötən gün Bakı şəhərində müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcı şirkətlər onlara verilən yanacaq (dizel) subsidiyasının fevralın 1-dən kəsilməsinə etiraz edib.
Open.az xəbər verir ki, məsələ ilə bağlı baş nazir Əli Əsədova kollektiv müraciət ünvanlayan şirkətlər gedişhaqqının 10 qəpik artırılmasından dərhal sonra subsidiyanın kəsilməsinin onların fəaliyyətinə ciddi çətinliklər yaratdığını bildiriblər.
Daşıyıcı şirkətlərin müraciətində bildirilir ki, subsidiyanın kəsilməsi sərnişindaşımada maya dəyəri yenidən yüksəldib və müsbət gözləntiləri minimuma endirib: “Bakıda avtobuslarla sərnişindaşıma xidmətinin 81 faizi özəl daşıyıcı şirkətlər tərəfindən icra edilir. Maliyyə hesabatlarına əsaslanaraq, hazırda sərnişindaşımada mövcud olan gediş haqqının maliyyə xərclərinin qarşılanması üçün yetərli olmadığını bildiririk”.
Məsələ ilə bağlı atv-yə danışan nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, dövlət bu gün daşıyıcı şirkətlərlə bağlı yükü öz üzərinə götürməmək üçün müəyyən subsidiyalarla əzl sektorun qalmasına imkan yaratmalıdır.
Ətraflı videomaterialda izləyə bilərsiniz:
Oxşar Xəbərlər:
İqtisadiyyat Nazirliyi ilə Karqo şirkəti rəhbərləri arasında görüş keçirilmişdir
Azərbaycanda sürətli poçtdaşıma ( karqo ) bazarındakı xaos niyə aradan qaldırılmır? - NAZİRLİKLƏR SUSUR
Bakıda dəhşət: Qadın maşının altında qaldı - VİDEO
Kardiologiya İnstitutundan “şumlama” əməliyyatı iddialarına CAVAB - YENİLƏNİB
Qarabağ ermənilərinin iki seçimi var: ya şərtləri qəbul etməli, ya da... - AÇIQLAMA
Məşhur tiktokerin həbsi ilə bağlı RƏSMİ AÇIQLAMA