
Oxu.Az-ın məlumatına görə, hadisə Binəqədi rayonu ərazisində Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinin yaxınlığında qeydə alınıb.
İlkin məlumata görə, iki nəqliyyat vasitəsi toqquşub və avtomobillərdən biri ətrafdakı piyadalardan birinə çırpılıb.
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.Az-a açıqlamasında bildirib ki, qəza iki nəqliyyat vasitəsinin toqquşması nəticəsində baş verib:
“Əraziyə dərhal DYP əməkdaşları göndərilib. Hadisə nəticəsində qadın xəsarət alıb. Onu dərhal yaxınlıqdakı xəstəxanalardan birinə yerləşdiriblər. Yol-nəqliyyat hadisəsi ilə bağlı zəruri olan bütün tədbirlər görülüb, hadisə barədə protokol tərtib edilib”.
Sözügedən qəzanın videogörüntüləri təqdim edirik:
Könül Cəfərli
Oxşar Xəbərlər:

Binəqədi rayonunda 8 yaşlı uşağı avtomobil vurub

Bakıda oğlan özündən böyük sevgilisini küçədə döydü

Azərbaycanda xüsusi cihazla qızıl axtaran şəxs həbs edildi - FOTO

Bakı-Sumqayıt yolunda əməliyyat keçirildi, heroin alverçisi yaxalandı

Azərbaycanda Nəqliyyatı Əlaqələndirmə Şurası yaradılır - SƏRƏNCAM

İmtahanda az bal topladı, özünü 15-ci mərtəbədən atdı - VİDEO