10:32 Yaponiya hökuməti Kişidanın rəhbərliyi ilə tam tərkibdə istefa verdi  ||     12:51 Bakıda sexdəki yanğında ölənlər arasında Gürcüstan vətəndaşı da var  ||     16:12 Yeniyetmənin intihar səbəbi dəhşətə gətirir - İcazəsiz...  ||     16:11 Aktrisa Aysel LÜKS avtomobilində - FOTO  ||     16:09 Hər gün istifadə etdiyimiz şirin zəhər: ÜST xərçəngə səbəb olduğunu elan etdi  ||     16:08 Bakı metrosunda halı pisləşən sərnişin vəfat etdi  ||     16:07 Məşhur müğənninin adı QARA SİYAHIYA salındı - SƏBƏB...  ||     16:06 Alyaskada 7,4 ballıq zəlzələ: Sunami xəbərdarlığı edildi  ||     10:14 Separatçılar Azərbaycanın hava məkanında sərnişin təyyarələrinə qarşı radiomaneələr tətbiq ediblər - RƏSMİ  ||     20:15 Kargo şirkətlərinə qarşı böyük haqsızlıq – NAXÇIVAN GÖMRÜYÜNDƏN ŞİKAYƏT  ||     15:57 Prezident generala yeni vəzifə verdi  ||     14:19 CZN Burakın anası həbs olundu  ||     11:53 Hansı ərazilərdə ev tikənlərə “kupça” veriləcək? - VİDEO  ||     11:52 Azərbaycanda müşahidə edilən FAKTİKİ HAVA  ||     12:00 Xəzər dənizində zəlzələ qeydə alınıb  ||     11:58 Azərbaycanda taksi kimi istifadə olunan avtomobillərdə taksometr quraşdırılması məcburi olacaq  ||     17:05 “Bakı Metropoliteni”dən 2 milyonluq TENDER – Eyni şirkətlər yenə də QALİB OLDU – FOTO  ||     17:02 “Raziyə başımla cavabdehəm. 1 həftədir ki, oğlanın evli olduğunu bilib” - Pərvin  ||     17:00 Fəlakətlə üz-üzə qalan Ukraynada son vəziyyət necədir? - VİDEO  ||     16:59 Daha bir məktəbdə rüşvət qalmaqalı: “Yazığın heç kimlə işi olmur” - VİDEO  ||    

İcra başçısının sabiq müavini həbs edildi

İcra başçısının sabiq müavini həbs edildi
11 178
06.06.23
Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının sabiq müavini Xalid Rəhimov həbs olunub.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, onun barəsində Cinayət Məcəlləsinin 221 və 315-ci (xuliqanlıq və hakimiyyət nümayəndəsinə qarşı müqavimət) maddələri ilə iş başlanılıb. Məhkəmənin qərarı ilə Hirkan qəsəbə sakini olan X.Rəhimov barəsində istintaq müddəti üçün 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bildirilib ki, X.Rəhimov 2 gün əvvəl idarə etdiyi "Mercedes" markalı avtomobilin sükan arxasında təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə Gərmətük qəsəbəsi ərazisində yol polisi tərəfindən saxlanılıb. Bu zaman o, polisə müqavimət göstərib və zorakılıq edib. Bu səbəbdən polis şöbəsinə aparılıb. Saxlanılandan sonra tibbi müayinədən keçirilib və onun sərxoş olması müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirib ki, faktla bağlı açılmış cinayət işinin materialları aidiyyəti üzrə Lənkəran Rayon Prokurorluğuna göndərilib.

Qeyd edək ki, Xalid Rəhimov 2021-ci ilədək Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, hadisə barədə ilk məlumatı cenublu.az saytı yayıb.
Digər Xəbərlər: