Aprelin 18-də Astara rayonunda xüsusi cihaz vasitəsilə qızıl axtaran şəxs polis tərəfindən saxlanılıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə rayonun Hamuşam kəndində baş verib.
Kənd sakinləri polisə müraciət edərək 1977-ci il təvəllüdlü Vidadi Vəliyevin (şərti ad-soyadlı) yaşadıqları ərazidə qanunsuz qızıl axtardığını və ondan şikayətçi olduqlarını bildiriblər. Hadisə yerinə polis əməkdaşları gəlib və həmin şəxsi Astara Rayon Polis Şöbəsinə aparmaq istəyiblər. Bu zaman V.Vəliyev qanunsuz əməl törətmədiyini deyərək etiraz edib.
Polislərin məcburi qaydada RPŞ-yə apardıqları şəxs barəsində inzibati protokol tərtib edilib.
Xüsusi cihazla qızıl axtaran şəxs daha sonra Astara Rayon Məhkəməsinə aparılıb və məhkəmənin qərarı ilə ona 15 sutka inzibati həbs cəzası verilib.
Yaponiya hökuməti Kişidanın rəhbərliyi ilə tam tərkibdə istefa verdi
Bakıda sexdəki yanğında ölənlər arasında Gürcüstan vətəndaşı da var
Yeniyetmənin intihar səbəbi dəhşətə gətirir - İcazəsiz...
Aktrisa Aysel LÜKS avtomobilində - FOTO
Hər gün istifadə etdiyimiz şirin zəhər: ÜST xərçəngə səbəb olduğunu elan etdi
Oxşar Xəbərlər:
Bakıda oğlan özündən böyük sevgilisini küçədə döydü
Əvəz Zeynallı kimlərdən nə qədər pul alıb? - ŞOK FAKTLAR + SİYAHI
Kişiyə qadın paltarı geyindirib təhqir edənlərə hökm oxundu
İmtahanda az bal topladı, özünü 15-ci mərtəbədən atdı - VİDEO
Avropa çempionatı: Mariya Stadnik finalda, Kolesnik bürünc medal üçün yarışacaq - YENİLƏNİB
Azərbaycanda daha 66 nəfər COVID-19-a yoluxub - FOTO