11:04 Təcili yardımdan şikayət etdi  ||     10:36 Rusiyanın Ukraynadakı müharibədə itkiləri - Yenilənmiş SİYAHI + FOTO  ||     10:35 “8-ci kilometr bazarı”nda başlayan yanğın söndürülüb - YENİLƏNİB  ||     10:33 Nisyə mal alqı-satqısı edənlərin NƏZƏRİNƏ: 12 min manat cərimələnə bilərsiniz  ||     23:49 Bərdə sakini qardaşının həyat yoldaşını və anasını bıçaqlayıb  ||     23:41 Türkiyənin Nazirlər Kabinetinin yeni tərkibi açıqlandı  ||     13:40 Rəsmi Bakıdan İrana səfərlə bağlı XƏBƏRDARLIQ  ||     13:02 İlham Əliyev iki ölkə ilə imzalanmış sənədləri təsdiq etdi  ||     12:58 “Trendyol”dan Azərbaycandakı karqo şirkətləri üçün yenilik.  ||     10:38 Sinə meydan, zülf pərişan, bel nazik RÖYA YANDIRIB-YAXIR FOTOLAR  ||     10:37 “Ən yaxın zamanda maskaları düşəcək, şərəfsizləri görəcəksiz”  ||     10:33 Bu yolda hərəkət məhdudlaşdırılacaq  ||     10:32 Üzüyünü atıb, restorandan getdi  ||     10:31 Bu gün imtahan var  ||     10:29 "Niyaməddin Musayev məni görən kimi pulları gizlətdi"  ||     10:27 Razini döyən Ziya həbs edildi  ||     10:26 "Həyat yoldaşımı qızla görmüşdüm, dedim özümü öldürəcəyəm"  ||     10:24 Əslində faydalı olan zərərli məhsullar - FOTO/SİYAHI  ||     10:23 Bu gün Ərdoğanın andiçmə mərasimi keçiriləcək  ||     10:23 Süni intellektlə işləyən PUA qəfildən operatorunu məhv etmək qərarı verdi  ||    

FHN-in intim videoları yayılan keçmiş polkovnikinə hökm oxundu

FHN-in intim videoları yayılan keçmiş polkovnikinə hökm oxundu
207
24.05.23
Bakı Ağır Cinayətlər Məhkəməsində Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəisinin sabiq köməkçisi, həbsdə olan polkovnik Zaur Mirzəyevə hökm oxunub və o, 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

“Report” xəbər verir ki, bu barədə hökm hakim Məhəmməd Əkbərovun sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Qeyd edək ki, ötən prosesdə prokuror təqsirləndirilən şəxsin 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Xatırladaq ki, Z.Mirzəyev ötən ilin avqustun 17-də saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

O, Cinayət Məcəlləsinin 156.2.1 (şəxsi həyatın toxunulmazlığını pozma), 242 (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham olunur.

İttihama görə, Z.Mirzəyev xidməti kompüterinə xüsusi proqram vasitəsilə gizli kamera quraşdıraraq, qadınlarla 2013-cü ildən başlamaqla 2019-cu ilin sonlarınadək iş otağında intim münasibətdə olarkən video və foto çəkilişlər aparıb, hazırlanmış qanunsuz pornoqrafik materialların 2022-ci ilin avqust ayında internet şəbəkələrində yayılmasına səbəb olub.

Zərərçəkmiş qismində FHN və iki qadın tanınır.
Digər Xəbərlər: