UEFA İsveç Futbol Federasiyasını (SvFF) cərimələyib.
“Report”un məlumatına görə, buna Stokholmda sözügedən ölkənin yığması ilə Azərbaycan millisi arasında keçirilmiş AVRO-2024-ün seçmə mərhələ oyununda erməni azarkeşlərin təxribata cəhd etmələri səbəb olub.
“Friends Arena”dakı matçın gedişində İsveçdə yaşayan erməni fanatlar separatçı qruplaşmaların bayrağını qaldırmağa çalışsalar da, bunun qarşısı dərhal yerli polis tərəfindən alınıb. Yaranan kiçik çaxnaşmaya baxmayaraq, təxribatçılar hadisə yerindən uzaqlaşdırılıblar.
Məsələni araşdıran UEFA təxribat xarakterli siyasi mesajlara görə SvFF-yə 5 000 avro cərimə kəsib.
Qeyd edək ki, İsveç - Azərbaycan oyunu meydan sahiblərinin 5:0 hesablı qələbəsi ilə başa çatıb.
Oxşar Xəbərlər:

Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçumuz ağır yaralanıb

Türkiyə XİN-dən Ermənistana xəbərdarlıq: “Qətiyyətlə qınayırıq”

Bakıda dəhşət: Qadın maşının altında qaldı - VİDEO

Azərbaycan Rusiyaya nota verib

Ermənilərin Bakıdan paylaşdığı videonu çəkən şəxs saxlanıldı - VİDEO

Ermənistan ordusundakı özbaşınalığı Azərbaycana qara yaxmaqla ört-basdır etmək istəyir - VİDEO