Ermənistan Müdafiə Nazirliyinin həqiqətə uyğun olmayan xəbərlər yaymağı adət halına çevirdiyi hamıya bəlli olan faktdır.
Xüsusən 44 günlük Qarabağ müharibəsində bunun bariz nümunələrinin şahidi olduq.
Lakin düşmən müharibədən sonra da bu, biabırçı adətindən əl çəkmir. Belə ki, Ermənistan Müdafiə Nazirliyi aprelin 29-u guya Azərbaycan Ordusunun bölmələri tərəfindən açılan atəş nəticəsində Dığ yaşayış məntəqəsi istiqamətində Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusunun yaralanması barədə məlumat yayıb.
Azərbaycanın Müdafiə Nazirliyi həmin məlumatı qəti surətdə təkzib edirək bəyan edib ki, bu, Ermənistanın növbəti dezinformasiyadır. Nazirlik Ermənistan ordusunda şəxsi heyət arasında nizam-intizam və hərbi nizamnamədənkənar münasibətlərin ciddi problem olaraq qaldığına diqqət çəkib.
Oxu.Az-ın əldə etdiyi video görüntülər Azərbaycan Müdafiə Nazirliyinin məlumatını haqlı çıxarır.
Video görüntülər Ermənistan ordusunun mövqelərinin birində baş verən nizam-intizamsızlığı qeydə alıb. Görüntülərdən erməni əsgərləri arasında mühabisənin düşdüyü görünür.
Əl-qol hərəkətləri ilə bir-birini itələyən iki əsgəri kənardan silah yoldaşları izləyir. Sonda davada iştirak edən erməni əsgərindən birini başını götürərək oradan uzaqlaşır.
Ermənistan ordusundakı özbaşınalığı, nizam-intizamsızlığı Azərbaycana qara yaxmaqla ört-basdır etmək istəyir. Lakin faktlar bunun əksini söyləyir və göstərir.
Yaponiya hökuməti Kişidanın rəhbərliyi ilə tam tərkibdə istefa verdi
Bakıda sexdəki yanğında ölənlər arasında Gürcüstan vətəndaşı da var
Yeniyetmənin intihar səbəbi dəhşətə gətirir - İcazəsiz...
Aktrisa Aysel LÜKS avtomobilində - FOTO
Hər gün istifadə etdiyimiz şirin zəhər: ÜST xərçəngə səbəb olduğunu elan etdi
Oxşar Xəbərlər:
Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib
MN: Ermənistandan Azərbaycana hərbi təyinatlı yüklərin daxil olması müşahidə edilib - VİDEO
XİN: “Ermənistan Azərbaycanın suveren ərazisindəki bütün hərbi təxribatları dərhal dayandırmalıdır!” - FOTO
Ordumuz hərəkətə keçdi - Zirehli texnikalar işə salındı - VİDEO
Lentsov Xankəndində aqressiv qarşılandı - Detallar
Yeni sərhəd-buraxılış məntəqəsində bayrağımız ucaldıldı - VİDEO