“Azərbaycan tərəfinin Laçın-Xankəndi yolunda qurduğu nəzarət-buraxılış məntəqəsi çox böyük tarixi əhəmiyyəti var”.
Bu fikirləri Metbuat.az-a STM-in sektor müdiri, politoloq Tural İsmayılov deyib. Onun sözlərinə görə, bundan sonra ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiya prosesi daha da sürətlənəcək.
Tural İsmayılov
“Biz həm 30 illik işğal müddətində, həm də 44 günlük Vətən müharibəsində qazandığımız qələbədən sonra rus sülhməramlılarının müvəqqəti nəzarəti altında olan bölgədə, təəssüflər olsun ki, qanunsuz silah, sursat daşınması, həmçinin separatçıları və onların havadarlarının Azərbaycanın xəbəri olmadan Azərbaycan ərazilərinə daxil olmaq məsələlərini müşahidə edirdik. Bu müddət ərzində Azərbaycan təbii sərvətlərinin qanunsuz istismarı prosesi baş verirdi. Qanunsuz istismar prosesi nəticəsində bizim təbii sərvətlərimizə çox böyük ziyan dəyirdi. Hesab edirəm ki, artıq nəzarət buraxılış məntəqəsinin olmağı Azərbaycanın tələb elədiyi həm beynəlxalq hüquq tərəfindən nizamlanan, həm də eyni zamanda ölkəmizin haqqı olan bəzi məsələlərin qaydaya düşməyinə səbəb olacaq”.
Qarabağ ermənilərinin Azərbaycana inteqrasiyası prosesinə mane olan qüvvələrin varlığına işarə edən politoloq hesab edir ki, nəzarət-buraxılış məntəqəsinin fəaliyyətə başlamasından bu prosesə mane olmağa çalışan qüvvələr də məğlub olduqlarının fərqinə varacaqlar.
“Cənubi Qafqazda xüsusilə Azərbaycanın rəhbərliyi altında olduğu çox mühüm iqtisadi layihələrin reallaşması perspektivləri var. Postpandemiya dövrünün iqtisadi inkişafı məhz Azərbaycanın mərkəzdə dayandığı layihələrin həyata keçirilməsi ilə mümkün olacaq və bu baxımdan mən hesab edirəm ki, sərhəd buraxılış məntəqəsinin qurulması Qarabağın dirçəldilməsindən sonra bölgənin turizm və iqtisadi mənada iqtisadi mərkəzə çevrilməsi prosesində vacib əhəmiyyəti olacaq. Azərbaycan artıq öz ərazilərinə kimlərin daxil olub çıxacağına nəzarət etməklə bərabər həmçinin quraşdırılmış yüksək səviyyəli texnologiyalar və skanerlər vasitəsilə Qarabağa gedib-gələn yüklərdən də məlumatlı olacaq”,- deyə Tural İsmayılov qeyd edib.

Yaponiya hökuməti Kişidanın rəhbərliyi ilə tam tərkibdə istefa verdi
Bakıda sexdəki yanğında ölənlər arasında Gürcüstan vətəndaşı da var
Yeniyetmənin intihar səbəbi dəhşətə gətirir - İcazəsiz...
Aktrisa Aysel LÜKS avtomobilində - FOTO
Hər gün istifadə etdiyimiz şirin zəhər: ÜST xərçəngə səbəb olduğunu elan etdi
Oxşar Xəbərlər:
MN: Ermənistandan Azərbaycana hərbi təyinatlı yüklərin daxil olması müşahidə edilib - VİDEO
Yeni sərhəd-buraxılış məntəqəsində bayrağımız ucaldıldı - VİDEO
Xankəndi-Laçın yolunda sülhməramlıların avtomobillərinin maneəsiz hərəkəti təmin olunub - YENİLƏNİB + VİDEO
37 yaşım var, artıq ana olmaq istəyirəm..." - Merve Boluğur
Səbrimiz sonsuz deyil - TƏHLİL
Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib