12:51 Bakıda sexdəki yanğında ölənlər arasında Gürcüstan vətəndaşı da var  ||     16:12 Yeniyetmənin intihar səbəbi dəhşətə gətirir - İcazəsiz...  ||     16:11 Aktrisa Aysel LÜKS avtomobilində - FOTO  ||     16:09 Hər gün istifadə etdiyimiz şirin zəhər: ÜST xərçəngə səbəb olduğunu elan etdi  ||     16:08 Bakı metrosunda halı pisləşən sərnişin vəfat etdi  ||     16:07 Məşhur müğənninin adı QARA SİYAHIYA salındı - SƏBƏB...  ||     16:06 Alyaskada 7,4 ballıq zəlzələ: Sunami xəbərdarlığı edildi  ||     10:14 Separatçılar Azərbaycanın hava məkanında sərnişin təyyarələrinə qarşı radiomaneələr tətbiq ediblər - RƏSMİ  ||     20:15 Kargo şirkətlərinə qarşı böyük haqsızlıq – NAXÇIVAN GÖMRÜYÜNDƏN ŞİKAYƏT  ||     15:57 Prezident generala yeni vəzifə verdi  ||     14:19 CZN Burakın anası həbs olundu  ||     11:53 Hansı ərazilərdə ev tikənlərə “kupça” veriləcək? - VİDEO  ||     11:52 Azərbaycanda müşahidə edilən FAKTİKİ HAVA  ||     12:00 Xəzər dənizində zəlzələ qeydə alınıb  ||     11:58 Azərbaycanda taksi kimi istifadə olunan avtomobillərdə taksometr quraşdırılması məcburi olacaq  ||     17:05 “Bakı Metropoliteni”dən 2 milyonluq TENDER – Eyni şirkətlər yenə də QALİB OLDU – FOTO  ||     17:02 “Raziyə başımla cavabdehəm. 1 həftədir ki, oğlanın evli olduğunu bilib” - Pərvin  ||     17:00 Fəlakətlə üz-üzə qalan Ukraynada son vəziyyət necədir? - VİDEO  ||     16:59 Daha bir məktəbdə rüşvət qalmaqalı: “Yazığın heç kimlə işi olmur” - VİDEO  ||     16:57 İcra başçısının sabiq müavini həbs edildi  ||    

Səbrimiz sonsuz deyil - TƏHLİL

Səbrimiz sonsuz deyil - TƏHLİL
5 400
22.04.23
Prezident İlham Əliyev həm Ermənistana, həm də rus hərbi kontingentinin müvəqqəti nəzarətində olan ərazilərimizdəki separatçılara növbəti ciddi xəbərdarlığını etdi. Dövlət başçısı Ermənistanı sülhə çağırmaqla yanaşı, separatçılar qarşısında iki seçim qoydu. Ya Azərbaycan qanunlarını tanımalı, ya da ərazimizi tərk etməlidirlər. 

Ermənistanla sülh danışıqları ilə bağlı rəsmi Bakı tərəfindən irəli sürülən 5 prinsip iki ölkə arasında imzalanacaq sülh müqaviləsinin əsasını təşkil edir. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, yalnız bu prinsiplər əsasında danışıqlar mümkündür və sülh müqaviləsi imzalana bilər. Lakin İrəvan indiyə qədər müxtəlif manevr və təxribatlarla sülh müqaviləsinin imzalanmasını yubadır. Belə bir fonda Qarabağdakı separatçılar da sərsəm bəyanatlar səsləndirirlər. Prezident İlham Əliyev aprelin 18-də Salyan şəhərinə səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibə verərək, həm Ermənistanla sülh danışıqlarının hazırda hansı mərhələdə olmasına aydınlıq gətirib, həm də İrəvandakı revanşistlərə və onların təsiri altına düşən Qarabağdakı separatçılara xəbərdarlıq edib.


Xankəndidəki təlxəklər toplusu

“Bu torpaqların sahibləri bizik və heç kimə imkan vermərik ki, bizim ərazimizdə kimsə at oynatsın”, - söyləyən dövlət başçısı Qarabağdakı separatçılara səslənib. Bildirib ki, onların iki seçimi var: ya Azərbaycan Bayrağı altında yaşayacaqlar, ya da ki, çıxıb gedəcəklər: “Biz separatçıların əsas simalarından olan Serjik Sarkisyanı, Robert Koçaryanı, Seyran Ohanyanı Qarabağdan iti qovan kimi qovmuşuq, onları diz çökdürmüşük. Onlar İkinci Qarabağ müharibəsi zamanı Qarabağa gəlmişdilər, guya bizimlə vuruşmağa gəlmişdilər. Üçü də bizim torpağımızdan dovşan kimi qaçdı, indi heç biri heç burnunu da soxa bilmir nə Xankəndiyə, nə başqa bir yerə. Hazırda özləri üçün qondarma adlar uyduran separatçılar, - biri özünü prezident adlandırır, biri özünü nazir adlandırır, biri nə bilim nə parlament sədri adlandırır, - bu təlxəklər toplusu, nəhayət bilməlidir ki, bizim səbrimizlə oynamaq olmaz. Biz onlara müxtəlif yollarla dəfələrlə izah etməyə çalışmışıq ki, onlar ya bizim sözümüzlə oturub duracaqlar, ya da ki, oradan rədd olacaqlar və orada yaşayan, onların faktiki olaraq girovuna, əsirinə çevrilmiş erməniləri də rahat buraxacaqlar”.


“İti qovan kimi qovacağıq”

Millət vəkili Sahib Alıyev hesab edir ki, Prezident İlham Əliyevin Ermənistana və bütövlükdə haylara yönəlik səsləndirdiyi fikirlər ikinci Qarabağ savaşından sonra edilən sonuncu sülh xəbərdarlığıdır. Deputatın fikrincə, dövlət başçısının dedikləri özünün tək tonu yox, qətiyyətli konkretliyi ilə də sülhə çağırışdan daha çox sülh xəbərdarlığıdır: “Bu, o deməkdir ki, seçim etmələri üçün haylara ayrılan vaxt bitir. Paradoksal görünəcək, amma, fikrimcə, edilən xəbərdarlığı Ermənistan baş nazirinə verilən bir dəstək kimi də qiymətləndirmək olar. O baxımdan ki, revanşizm haqqında düşünən, “bəlkə də qaytardılar” xülyası ilə yaşayan bütün haylara açıq, açıq olduğu qədər də qətiyyətli bir dillə çox yaxın perspektivdə üzləşəcəkləri reallıqlar çatdırıldı. Əgər Qarabağdakı haylar orada qalıb yaşamaq istəyirlərsə, Azərbaycan qanunlarına tapınmalıdırlar, əks təqdirdə torpaqlarımızı tərk etməldirlər. Dirəniş göstərməyə qalxsalar, ən üzdə olan 3 separatçı ünsürlər – Koçaryan , Sarkisyan, Ohanyan - sayaq “iti qovan kimi” qovacağıq. Bu “üçlüy”ün indi Qarabağda burunlarının ucu belə görünürmü? Yox, görünmür və görünməyəcək. Eyni taleni Moskvadakı son təlimatlandırılmadan sonra xeyli cəsarətlənmiş Araik Arutyunyanla başının dəstəsi də yaşamalı olacaq. Yəqin onlar Azərbaycan Prezidentinin Rusiyanın Qarabağdakı hərbi kontingentindən bəhs edərkən “müvəqqəti qaydada yerləşdirilmiş” sözlərinin nə anlam daşıdığını da bilməmiş deyillər”.


Zəngəzur dağlarında dalğalanan Azərbaycan Bayrağı

Millət vəkili deyib ki, Qarabağdakı hayları geosiyasi sövdələşmə obyektinə çevirmək yönündə cəhdlərə son qoyulmazsa, nə baş verəcəyini Prezident açıq şəkildə dilə gətirib: “Dövlət başçısı vurğuladı ki, onlar bu gün Zəngəzur dağlarında dalğalanan Azərbaycan Bayrağını öz başları üzərində görə bilərlər. Yəni guya ilanın əli ilə Seyid Əhmədi vurmağa çalışan Ermənistan düşmənçiliyini dayandırmasa, əlindən İran da tutmayacaq. Tutsa belə, bu, vəziyyəti dəyişməyəcək. Ona görə dəyişməyəcək ki, Azərbaycan Ordusu indi ikinci Qarabağ savaşı zamanı olduğundan qat-qat güclüdür. Üstəlik, bu il büdcəyə ediləcək düzəlişlər nəticəsində artırılacaq xərclərin önəmli bir hissəsi ordunun daha da gücləndirilməsinə yönəldiləcək. Yəni tək haylara yox, onlardan Azərbaycana qarşı təzyiq aləti kimi faydalanmağa çalışanlara da pozuculuq əməllərini davam etdirmələri üçün “münbit zəmin” buraxılmır. Beləliklə, Azərbaycan Prezidenti Qarabağdakı haylarla Ermənistandakılara düşdükləri vəziyyətdən çıxmağın ən ağrısız və asan yolunu göstərib, indi artıq ona əməl etmək qalıb”.


Hərbi, siyasi və diplomatik təzyiqlər davam etdiriləcək

Hərbi ekspert Ədalət Verdiyev də qəzetimizə açıqlamasında bildirib ki, Azərbaycan Prezidentinin müsahibəsində səsləndirdiyi fikirlər Ermənistan və Qarabağda mövcud olan erməni silahlıları üçün son xəbərdarlıqdır. Onun sözlərinə görə, böyük ehtimalla yaxın perspektivdə Qarabağ iqtisadi rayonunun rusiyalı sülhməramlıların müvəqqəti nəzarəti altında daha geniş ərazilərində Azərbaycan Ordusu birləşmələrinin yerləşəcəyini, bu ərazilərin erməni silahlılarından təmizlənəcəyini müşahidə edəcəyik: “Azərbaycan tərəfi Qarabağ məsələsini kimsəylə müzakirə etmək niyyətində deyil. Qarabağdakı vətəndaşlarımızın, o cümlədən orada qeyri-qanuni yerləşən erməni silahlılarının iki yolu var: ya silahı yerə qoyub Azərbaycana təslim olurlar, ya da ərazini dərhal tərk edirlər. Kim Azərbaycan vətəndaşlığını qəbul edib Qarabağda qalmaq istəyirsə, Azərbaycanın digər vətəndaşları kimi bütün hüquq və imtiyazlardan yararlana biləcəklər. Vətəndaşlığımızı qəbul etməyənlər nə qədər tez o ərazini tərk etsələr, bir o qədər onlar üçün yaxşı olacaq”.

Rufik İSMAYILOV
Digər Xəbərlər: