Bazar günü gecə bütün Ukraynada hava xəbərdarlığı elan edilib.
Bu barədə ölkənin Rəqəmsal Transformasiya Nazirliyinin onlayn xəritəsində məlumat verilib.
Bildirilib ki, sirenalar Bakı vaxtı ilə saat 04:42-dən başlayıb. Bundan əvvəl Ukraynanın cənubunda, şərqində və mərkəzi hissəsində hava həyəcanı elan edilib.
Xatırladaq ki, daha öncə Ukrayna mətbuatı Ternopil və Xersonda partlayışlar barədə məlumat yayıb. Partlayışların hansı obyektlərdə eşidildiyi açıqlanmayıb.
Oxşar Xəbərlər:

İsrailə 400-dən çox raket atıldı – YENİLƏNİB + VİDEO

Kiyevdə hava döyüşləri: Vəziyyət kritikdir - VİDEO

KİV: Ukraynanın əks hücumu Avropanın gələcəyini müəyyən edə bilər

Ukrayna Türkiyənin “Baykar” şirkəti ilə yeni müqavilələr imzalayıb

Türkiyədə səsvermə günü üçün əsas qadağalar – SİYAHI

İlkin Süleymanovun məhkəmə araşdırması başa çatdı