“Bu Şəhərdə” layihəsinin rəhbəri Müşfiq Abbasov təcili yardımı tənqid edib.
Open.az xəbər verir ki, prodüser bu barədə sosial şəbəkədə yazıb. O, xəsarət alan dostu üçün 103-ə zəng edildiyini, lakin yardımın çağırışa gəlmədiyini bildirib:
"Dənizkənarı Milli Parkda dostum yıxıldığına görə çiyni sındı. Təcili yardıma zəng etdikdən sonra 40 dəqiqə gözlədi, amma heç kim gəlmədi. Sonra xəstəxanaya taksi ilə apardılar. Hadisədən bir neçə sutkadan çox vaxt keçib və indiyə kimi təcili yardımdan zəng yoxdur. Hörmətli (103) təcili yardım, and verirəm sizi Hippokratın goruna, gəlməyin, pasient artıq evdədir.
Allah heç kimin (təcili yardımda işləyənlərin də) işini xəstəxanaya, təcili yardıma salmasın. Nə yaxşı ki, qınadığımız, gileyləndiyimiz "Prius" taksilər var.

Oxşar Xəbərlər:

Binəqədi rayonunda 8 yaşlı uşağı avtomobil vurub

Bakıda sərnişin avtobusda öldü

Siyavuş Aslanın oğlunun ölüm səbəbi AÇIQLANDI - YENİLƏNİB

Naxçıvanda restavrasiya adı ilə tarixi abidə məhv edildi - FOTO

"İskəndər dedi ki, Rəşad çaşsa, onu vuracaq"

Ermənistanın Laçın-Xankəndi yolundakı sərhəd-buraxılış məntəqəsi ilə bağlı növbəti yalanı ifşa olundu - VİDEO