10:32 Yaponiya hökuməti Kişidanın rəhbərliyi ilə tam tərkibdə istefa verdi  ||     12:51 Bakıda sexdəki yanğında ölənlər arasında Gürcüstan vətəndaşı da var  ||     16:12 Yeniyetmənin intihar səbəbi dəhşətə gətirir - İcazəsiz...  ||     16:11 Aktrisa Aysel LÜKS avtomobilində - FOTO  ||     16:09 Hər gün istifadə etdiyimiz şirin zəhər: ÜST xərçəngə səbəb olduğunu elan etdi  ||     16:08 Bakı metrosunda halı pisləşən sərnişin vəfat etdi  ||     16:07 Məşhur müğənninin adı QARA SİYAHIYA salındı - SƏBƏB...  ||     16:06 Alyaskada 7,4 ballıq zəlzələ: Sunami xəbərdarlığı edildi  ||     10:14 Separatçılar Azərbaycanın hava məkanında sərnişin təyyarələrinə qarşı radiomaneələr tətbiq ediblər - RƏSMİ  ||     20:15 Kargo şirkətlərinə qarşı böyük haqsızlıq – NAXÇIVAN GÖMRÜYÜNDƏN ŞİKAYƏT  ||     15:57 Prezident generala yeni vəzifə verdi  ||     14:19 CZN Burakın anası həbs olundu  ||     11:53 Hansı ərazilərdə ev tikənlərə “kupça” veriləcək? - VİDEO  ||     11:52 Azərbaycanda müşahidə edilən FAKTİKİ HAVA  ||     12:00 Xəzər dənizində zəlzələ qeydə alınıb  ||     11:58 Azərbaycanda taksi kimi istifadə olunan avtomobillərdə taksometr quraşdırılması məcburi olacaq  ||     17:05 “Bakı Metropoliteni”dən 2 milyonluq TENDER – Eyni şirkətlər yenə də QALİB OLDU – FOTO  ||     17:02 “Raziyə başımla cavabdehəm. 1 həftədir ki, oğlanın evli olduğunu bilib” - Pərvin  ||     17:00 Fəlakətlə üz-üzə qalan Ukraynada son vəziyyət necədir? - VİDEO  ||     16:59 Daha bir məktəbdə rüşvət qalmaqalı: “Yazığın heç kimlə işi olmur” - VİDEO  ||    

Naxçıvanda restavrasiya adı ilə tarixi abidə məhv edildi - FOTO

Naxçıvanda restavrasiya adı ilə tarixi abidə məhv edildi - FOTO
6 196
18.05.23
Naxçıvan Muxtar Respublikasında tarixi abidəni “təmir” ediblər.
Oxu.Az-ın məlumatına görə, Culfa rayonunun Qazançı kəndində XVI əsrə aid olan və dövlət tərəfindən qorunan tarixi abidə restavrasiya adı ilə məhv edilib. 
Tanınmış memar, sənətşünaslıq üzrə elmlər doktoru, professor Elçin Əliyev Oxu.Az-a açıqlamasında bildirib ki, bu cür “təmir” biabırçılıqdır:

“Biz tarixi abidələrə qarşı bu cür münasibətlərlə tez-tez qarşılaşırıq. Bakı, Gəncə, Lənkəran və digər yerlərdə bu cür yanaşmalar var. Təəssüf ki, indiyə kimi vəzifəyə gələn Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəhbərləri abidələrə diqqət ayırmırlar.

Abidələrə qarşı bu cür münasibət dəyişməlidir. İlk növbədə nazirlik addım atmalıdır. İşi sevənlər, vətənpərvərlər vəzifəyə gətirilməlidir ki, belə “təmir”in qarşısı alınsın. Bunu dövlət orqanı edib və rəhbəri elə düşünür ki, yaxşı edir. Amma abidələr barədə heç nə bilmir”.
O, qeyd edib ki, Mədəniyyət Nazirliyi tərəfindən tarixi abidələrlə bağlı davamlı maarifləndirmə işləri aparılmalıdır:
“Təcili bu sahədə proqramlar tərtib edilməlidir ki, insanların mədəniyyət səviyyəsi qalxsın. Bunun üçün 10-15 il lazımdır”.
Məsələ barədə Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi ilə əlaqə saxladıq. 
Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu və bir sıra tarixi abidələrimizin restavrasiyası zamanı nazirliyin müvafiq rəyi alınmayıb.




Digər Xəbərlər: