Bərdə rayonunun Güloğlular kəndi ərazisində qardaşının həyat yoldaşına və öz anasına bıçaqla xəsarət yetirən şəxs barəsində rayon polis şöbəsinə məlumat daxil olub.
Bu barədə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Məlumata görə, xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən 1997-ci il təvəllüdlü Hacıbala İsayev saxlanılıb.
İlkin məlumata görə cinayət hadisəsi ailə münaqişəsi zəminində baş verib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar Xəbərlər:

Bakıda evində qətlə yetirilən şəxs tanınmış vəkilin qardaşı imiş - YENİLƏNİB

Nazirlik əməkdaşına odlu silahdan atəş açan şəxs saxlanıldı - YENİLƏNİB + VİDEO

Tanınmış həkimin oğlu həbs edildi

Azərbaycanda prorektoru öldürməkdə şübhəli bilinən şəxs 12 il sonra müəyyən edildi

Bakıda sürücü ilə polis arasında insident: DYP maşınını vurdu, külli miqdarda narkotiklə tutuldu - VİDEO

Bakıda dəhşət: Qadın maşının altında qaldı - VİDEO