Bu gün İlkin Süleymanovun məhkəməsində 2 ekspert və 1 şahid ifadə verib, hakim məhkəmə araşdırmasını başa çatmış elan edib.
“Report”un məlumatına görə, hakim Dadaş İmanovun sədrliyi ilə növbəti məhkəmə prosesi keçirilib.
Məhkəmədə 2 ekspert və Nərmin Quliyevanın nənəsi ifadə verib.
Bundan sonra hakim Dadaş İmanov Nərmin Quliyevanın qətlində ittiham olunan İlkin Süleymanovun məhkəmə araşdırmasının başa çatdığını elan edib.
Növbəti məhkəmə iclası mayın 3-nə təyin olunub.
Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.
Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.
Yaponiya hökuməti Kişidanın rəhbərliyi ilə tam tərkibdə istefa verdi
Bakıda sexdəki yanğında ölənlər arasında Gürcüstan vətəndaşı da var
Yeniyetmənin intihar səbəbi dəhşətə gətirir - İcazəsiz...
Aktrisa Aysel LÜKS avtomobilində - FOTO
Hər gün istifadə etdiyimiz şirin zəhər: ÜST xərçəngə səbəb olduğunu elan etdi
Oxşar Xəbərlər:
Bakıda evində qətlə yetirilən şəxs tanınmış vəkilin qardaşı imiş - YENİLƏNİB
Kişiyə qadın paltarı geyindirib təhqir edənlərə hökm oxundu
Bakı-Sumqayıt yolunda əməliyyat keçirildi, heroin alverçisi yaxalandı
"İskəndər dedi ki, Rəşad çaşsa, onu vuracaq"
Azərbaycanda xüsusi cihazla qızıl axtaran şəxs həbs edildi - FOTO
Lerikdə elektrik cərəyanı bir ailənin dörd üzvünü vuraraq öldürdü - YENİLƏNİB