10:32 Yaponiya hökuməti Kişidanın rəhbərliyi ilə tam tərkibdə istefa verdi  ||     12:51 Bakıda sexdəki yanğında ölənlər arasında Gürcüstan vətəndaşı da var  ||     16:12 Yeniyetmənin intihar səbəbi dəhşətə gətirir - İcazəsiz...  ||     16:11 Aktrisa Aysel LÜKS avtomobilində - FOTO  ||     16:09 Hər gün istifadə etdiyimiz şirin zəhər: ÜST xərçəngə səbəb olduğunu elan etdi  ||     16:08 Bakı metrosunda halı pisləşən sərnişin vəfat etdi  ||     16:07 Məşhur müğənninin adı QARA SİYAHIYA salındı - SƏBƏB...  ||     16:06 Alyaskada 7,4 ballıq zəlzələ: Sunami xəbərdarlığı edildi  ||     10:14 Separatçılar Azərbaycanın hava məkanında sərnişin təyyarələrinə qarşı radiomaneələr tətbiq ediblər - RƏSMİ  ||     20:15 Kargo şirkətlərinə qarşı böyük haqsızlıq – NAXÇIVAN GÖMRÜYÜNDƏN ŞİKAYƏT  ||     15:57 Prezident generala yeni vəzifə verdi  ||     14:19 CZN Burakın anası həbs olundu  ||     11:53 Hansı ərazilərdə ev tikənlərə “kupça” veriləcək? - VİDEO  ||     11:52 Azərbaycanda müşahidə edilən FAKTİKİ HAVA  ||     12:00 Xəzər dənizində zəlzələ qeydə alınıb  ||     11:58 Azərbaycanda taksi kimi istifadə olunan avtomobillərdə taksometr quraşdırılması məcburi olacaq  ||     17:05 “Bakı Metropoliteni”dən 2 milyonluq TENDER – Eyni şirkətlər yenə də QALİB OLDU – FOTO  ||     17:02 “Raziyə başımla cavabdehəm. 1 həftədir ki, oğlanın evli olduğunu bilib” - Pərvin  ||     17:00 Fəlakətlə üz-üzə qalan Ukraynada son vəziyyət necədir? - VİDEO  ||     16:59 Daha bir məktəbdə rüşvət qalmaqalı: “Yazığın heç kimlə işi olmur” - VİDEO  ||    

Öldürülənin yaxınları Rəşad Dağlıdan şikayətçi deyil? – “Güzəşt olacaq, amma…”

Öldürülənin yaxınları Rəşad Dağlıdan şikayətçi deyil? – “Güzəşt olacaq, amma…”
6 971
02.05.23
Xəbər verdiyimiz kimi, qonşusunu qətlə yetirməkdə ittiham olunan meyxanaçı Rəşad Dağlının (Əmirov) cinayət işi üzrə ötən gün məhkəmə istintaqı başlayıb. 

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən baxış iclasında zərərçəkmiş İsgəndər Mehdiyevin hüquqi varisi Etibar Mehdiyev də iştirak edib. O, Rəşad Dağlıdan hər hansı şikayətlərinin olmadığını deyib. 

Bəs görəsən, qarşı tərəfin şikayətçi olmaması Rəşad Dağlını məsuliyyətdən azad edə bilərmi?

Ölkə.az xəbər verir ki, məsələ ilə bağlı Yenisabah.az-a Azərbaycan Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev danışıb. Hüquqşünas bildirib ki, zərərçəkmişin ailəsi ilə barışıq yüngülləşdirici hal kimi məhkəmə tərəfindən nəzərə alına bilər:
 
“Qanunda belə bir müddəa var, zərərçəkmiş şəxslə barışıq yüngülləşdirici hal sayılır. Əgər şikayət yoxdursa, bu, cəzanın təyinatına təsir edir. Amma cəzada güzəşt ¾  hissəsindən aşağı olmayacaq. Praktikada bu belə hesablanır: məsələn, 12 illik cəza hesablanırsa. Yüngülləşdirilib 9 ilə salına bilər, amma ondan aşağı olmayacaq. Hər şey sanksiya həddində olacaq, qanunla 121-ci maddə 12 ildən 14 ilə qədərdisə, meyxanaçıya bunun aşağı həddini verə bilərlər. Hətta məhkəmə cəzanın aşağı həddindən də az cəza kəsə bilər, məsələn, bu müddət 10 ilə də salına bilər”.
 
Ə.Mustafayev qeyd edib ki, meyxanaçının tamamilə məsuliyyətdən azad olunması qeyri-mümkündür:

“Güman etmirəm ki, Rəşad Dağlı məsələsində bu cəza 9-10 ildən daha da yüngülləşdirilsin. O, birmənalı şəkildə məsuliyyət azad olunmayacaq, bu, müzakirə predmeti deyil. Ona mütləq cəza kəsiləcək. Lakin yenə təkrar edirəm, məhkəmə barışığı nəzərə alaraq sanksiyanın aşağı həddində cəza verə bilər. 

Onun cəzasını məhkəmə 10, 9 ilə də sala bilər, ancaq bundan aşağı qeyri-mümkündür. Söhbət bundadır ki, zərərçəkən ölən adam, yaxud onun hüquqi varisi deyil. Burada qanunun tələbləri pozulub. Bu fərdi məsələ deyil”. 

Qeyd edək ki, cinayət hadisəsi 2022-ci ilin noyabr ayında Qaradağ rayonunun Lökbatan qəsəbəsində qeydə alınıb. Rəşad Dağlı qonşusu - 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi maşında bıçaqla qətlə yetirməkdə təqsirləndirilir.

Meyxanaçıya qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb. Meyxanaçı verilmiş ittihamlarla təqsirli bilinərsə 9 ildən-14 ilə qədər azadlıqdan məhrum edilə bilər. 
Digər Xəbərlər: