10:32 Yaponiya hökuməti Kişidanın rəhbərliyi ilə tam tərkibdə istefa verdi  ||     12:51 Bakıda sexdəki yanğında ölənlər arasında Gürcüstan vətəndaşı da var  ||     16:12 Yeniyetmənin intihar səbəbi dəhşətə gətirir - İcazəsiz...  ||     16:11 Aktrisa Aysel LÜKS avtomobilində - FOTO  ||     16:09 Hər gün istifadə etdiyimiz şirin zəhər: ÜST xərçəngə səbəb olduğunu elan etdi  ||     16:08 Bakı metrosunda halı pisləşən sərnişin vəfat etdi  ||     16:07 Məşhur müğənninin adı QARA SİYAHIYA salındı - SƏBƏB...  ||     16:06 Alyaskada 7,4 ballıq zəlzələ: Sunami xəbərdarlığı edildi  ||     10:14 Separatçılar Azərbaycanın hava məkanında sərnişin təyyarələrinə qarşı radiomaneələr tətbiq ediblər - RƏSMİ  ||     20:15 Kargo şirkətlərinə qarşı böyük haqsızlıq – NAXÇIVAN GÖMRÜYÜNDƏN ŞİKAYƏT  ||     15:57 Prezident generala yeni vəzifə verdi  ||     14:19 CZN Burakın anası həbs olundu  ||     11:53 Hansı ərazilərdə ev tikənlərə “kupça” veriləcək? - VİDEO  ||     11:52 Azərbaycanda müşahidə edilən FAKTİKİ HAVA  ||     12:00 Xəzər dənizində zəlzələ qeydə alınıb  ||     11:58 Azərbaycanda taksi kimi istifadə olunan avtomobillərdə taksometr quraşdırılması məcburi olacaq  ||     17:05 “Bakı Metropoliteni”dən 2 milyonluq TENDER – Eyni şirkətlər yenə də QALİB OLDU – FOTO  ||     17:02 “Raziyə başımla cavabdehəm. 1 həftədir ki, oğlanın evli olduğunu bilib” - Pərvin  ||     17:00 Fəlakətlə üz-üzə qalan Ukraynada son vəziyyət necədir? - VİDEO  ||     16:59 Daha bir məktəbdə rüşvət qalmaqalı: “Yazığın heç kimlə işi olmur” - VİDEO  ||    

Ukraynanın genişmiqyaslı əks-hücuma başlamaq istəyi, ortada olan çətinliklər - ŞƏRH

Ukraynanın genişmiqyaslı əks-hücuma başlamaq istəyi, ortada olan çətinliklər - ŞƏRH
609
25.04.23
NATO-nun Ukraynaya dəstəyinin xarakteri və miqyası perspektiv üçün bir sualı aktual edir – görəsən, rəsmi Kiyev Rusiya işğalına qarşı genişmiqyaslı əks-hücum əməliyyatlarına başlayacaqmı?
Bu, Qərbin gələcəkdə Ukraynanın suverenliyi naminə nələri qurban verəcəyindən və qlobal rəqabətdəki dəyişkənliklərdən asılı vəziyyətdə qalmaqdadır.
Hərçənd Qərb qlobal sisteminin gələcəyinin Ukraynada sınaqdan keçirildiyi qənaətindədir.
Buna görə də NATO genişlənmə siyasətinin uğurlu yekununu istəyirsə, Ukraynaya hərbi dəstək vermək məcburiyyətindədir, lakin görünür ki, bu ehtiyaclardan da üstün dayanan narahatlıqlar mövcuddur.
Məsələ təkcə Rusiyanın nüvə silahı istifadə etmək ehtimalları ilə əlaqəli deyil, həm də qlobal nüfuz dairəsi mənasında Qərbin maraqlarına hansı strateji zərbələrin vurulacağı ssenariləri ilə bağlıdır.
Hərçənd ki, NATO Ukraynaya nəzərəçarpacaq dəstək göstərir və Finlandiyanı öz ailəsinin üzvü edib, İsveç də Alyansa üzvlük üçün növbəsini gözləyir. Lakin bu “partlayış”lara baxmayaraq, hələ də NATO-da Ukraynaya davamlı dəstəklə bağlı qarışıq düşüncələr mövcuddur. Ən azından, effektiv əks-hücum əməliyyatları üçün lazım olan döyüş təyyarələri və uzaqmənzilli raketlər Ukrayna ordusunun arsenalına təqdim edilmir.
Xüsusilə Rusiya ilə Çinin, Rusiya ilə İranın Ukraynadakı müharibə səbəbi ilə Qərbə qarşı eyni müqavimət oxunda birləşməsi NATO-nu ehtiyatlı davranışlara sövq edir.
Qərbdə narahatlıqları artıran səbəblər sırasında Rusiyanın Ukraynada işğal etdiyi əraziləri öz əlində saxlamaq üçün nüvə silahından istifadə etmək ehtimalıdır. Bu, Qərbin Ukraynaya böyük qələbə bəxş etməsində yaranan əngəllərdən biridir, hərçənd Rusiya özü də nüvə silahından çəkinir. Çünki Kremldə NATO-nun mümkün antinüvə tədbirləri barədə fikirlər mövcuddur.
Ümumilikdə nüvə silahı amili və Qərbin qlobal panoramda böyük strateji boşluqlarla qarşılaşması riskləri Ukraynanın əlinə qələbə kubokunu təqdim etmir.
Deməli, Ukraynanın əks-hücum əməliyyatlarına hazırlaşması, müharibənin mümkün növbəti raunduna uyğunlaşmaq əsas oyunçuların daha geniş hərbi, siyasi, diplomatik mənzərəni necə oxumasından asılı olacaq.
NATO bunun bəzi sətirlərini oxuyur, Ukraynaya silah tədarükünü genişləndirir, lakin səhifələr vərəqləndikcə ortaya dəstəyin xarakteri və ölçüləri barədə suallar çıxır.
Ukraynanın özü əks-hücum əməliyyatlarına nəzəri olaraq hazırdır, lakin canlı qüvvə və silah çatışmazlığı rəsmi Kiyevin ritorikasının praktiki göstəricilərini sual altına alır.
Bu sualların sayını artıran məqamlardan biri də ABŞ-də Ukrayna ilə bağlı məxfi sənədlərin fəlakətli sızmasıdır. “Sızma əməliyyatları” ABŞ daxilində Ukraynaya dəstəklə bağlı ikitirəliyin yarandığına işarə verir ki, bu da Ukraynanın mənəvi ruhuna zərbə vurur.
Kreml də bundan istifadə edir, ABŞ-nin Rusiyanın planlaşdırma, komandanlıq və nəzarət strukturuna nə qədər dərindən və hansı vasitələrlə baxdığını öyrənib təhlil edir. Bu, Rusiyanın ABŞ-nin Ukraynanı kəşfiyyat məlumatları ilə təmin etməsinə qarşı əks-həmlə qabiliyyətini artıra bilər.
Digər Xəbərlər: