10:32 Yaponiya hökuməti Kişidanın rəhbərliyi ilə tam tərkibdə istefa verdi  ||     12:51 Bakıda sexdəki yanğında ölənlər arasında Gürcüstan vətəndaşı da var  ||     16:12 Yeniyetmənin intihar səbəbi dəhşətə gətirir - İcazəsiz...  ||     16:11 Aktrisa Aysel LÜKS avtomobilində - FOTO  ||     16:09 Hər gün istifadə etdiyimiz şirin zəhər: ÜST xərçəngə səbəb olduğunu elan etdi  ||     16:08 Bakı metrosunda halı pisləşən sərnişin vəfat etdi  ||     16:07 Məşhur müğənninin adı QARA SİYAHIYA salındı - SƏBƏB...  ||     16:06 Alyaskada 7,4 ballıq zəlzələ: Sunami xəbərdarlığı edildi  ||     10:14 Separatçılar Azərbaycanın hava məkanında sərnişin təyyarələrinə qarşı radiomaneələr tətbiq ediblər - RƏSMİ  ||     20:15 Kargo şirkətlərinə qarşı böyük haqsızlıq – NAXÇIVAN GÖMRÜYÜNDƏN ŞİKAYƏT  ||     15:57 Prezident generala yeni vəzifə verdi  ||     14:19 CZN Burakın anası həbs olundu  ||     11:53 Hansı ərazilərdə ev tikənlərə “kupça” veriləcək? - VİDEO  ||     11:52 Azərbaycanda müşahidə edilən FAKTİKİ HAVA  ||     12:00 Xəzər dənizində zəlzələ qeydə alınıb  ||     11:58 Azərbaycanda taksi kimi istifadə olunan avtomobillərdə taksometr quraşdırılması məcburi olacaq  ||     17:05 “Bakı Metropoliteni”dən 2 milyonluq TENDER – Eyni şirkətlər yenə də QALİB OLDU – FOTO  ||     17:02 “Raziyə başımla cavabdehəm. 1 həftədir ki, oğlanın evli olduğunu bilib” - Pərvin  ||     17:00 Fəlakətlə üz-üzə qalan Ukraynada son vəziyyət necədir? - VİDEO  ||     16:59 Daha bir məktəbdə rüşvət qalmaqalı: “Yazığın heç kimlə işi olmur” - VİDEO  ||    

Gürcüstanın hərb naziri Azərbaycana niyə gəldi? - ŞƏRH + FOTO

Gürcüstanın hərb naziri Azərbaycana niyə gəldi? - ŞƏRH + FOTO
7 290
24.04.23
Gürcüstan müdafiə naziri Cuanşer Burçuladzenin Azərbaycana səfəri, Prezident İlham Əliyev və müdafiə naziri Zakir Həsənovla görüşü ikitərəfli münasibətlərdə bəzi təxirəsalınmaz tədbirlər üçün yeni baza yaradılmasından xəbər verir.


Bunu daha aydın şəkildə səfər çərçivəsində iki ölkə arasında imzalanan müdafiə sahəsində əməkdaşlıq haqqında Sazişdə axtara bilərik.
Regionda sürətlə dəyişən siyasi və təhlükəsizlik mənzərəsini nəzərə alaraq Azərbaycan-Gürcüstan, Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı diqqətəlayiq və vacibdir.
Bəs sual olunur, Burçuladze niyə indi Azərbaycana səfər etdi? Bu sual Azərbaycanın Laçın rayonunun Ermənistanla birləşən sıfır nöqtəsində sərhəd-buraxılış məntəqəsi qurmasından sonra regionda başlaya biləcək yeni hadisələrə qarşı müdafiə immuniteti kimi başa düşülməlidir.
Məsələnin açması bu ola bilər ki, Gürcüstan regionda başlayacaq yeni proseslərdə mərkəzi mübarizə meydanına çevriləcəyini düşünür.
Ancaq Gürcüstan dövlət müstəqilliyini, suverenliyini yad təhdidlərdən qorumaq üçün Azərbaycana və onun strateji müttəfiqi Türkiyəyə əşhədü-ehtiyac duyur.
Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli əməkdaşlıq formatının dərinləşməsindəki təhlükəsizlik elementləri birgə enerji-nəqliyyat layihələrini də sığortalayır.
Gürcüstan üçün isə təhdidlər qalmaqdadır, çünki iki ərazi münaqişəsindən əziyyət çəkir, üstəgəl Rusiyanın aşkar təhdidləri Qərbi də regionda aktivləşdirir. Buna görə də, Rusiya-Qərb qarşıdurmasının qırmızı xətləri indi daha çox Gürcüstanda kəsişir.
Regiondakı geosiyasi mənzərənin mürəkkəbliyi Azərbaycan-Türkiyə-Gürcüstan bloku üzrə hərbi-siyasi müdafiə sistemlərinə yeni baxışı aktuallaşdırır.  

Burçuladzenin səfəri yenilənən regional konfrontasiyalara qarşı Bakı-Ankara-Tbilisi üçbucağını vahid cəbhə halında institutlaşdırmağa xidmət edir.
Geosiyasi amilləri və təzələnən meylləri nəzərə alsaq görə bilirik ki, Gürcüstan maksimum şəkildə Rusiyanın özü üzərindəki təsirlərini tarazlaşdırmaq üçün Azərbaycan və Türkiyənin potensialına müraciət edir.
Gürcüstan müdafiə nazirinin Azərbaycana gəlişi ikitərəfli və üçtərəfli formatdakı ortaya çıxa biləcək qaranlıq tərəfləri işıqlandıracaq.
Lakin Rusiyanın regiondakı ambisiyaları, Qərbin özünəməxsus şəkildə yüksəliş üçün nümayiş etdirdiyi davranışlar Gürcüstan üçün təhlükələr yarada bilər.
Azərbaycan-Türkiyə-Gürcüstan əlaqələrini motivasiya edən faktorlardan biri də elə bu cür risklərə qarşı mübarizədir.
Risklər üçtərəfli tərəfdaşlığa yeni güc qatacaq və bunu böyük perspektivə çevirir.
İkinci bir tərəfdən, üç ölkənin regionda maraqlarını təmin etmək istəyən qüvvələrin proksi vasitələrinə qarşı anti-terror çərçivələrini də müəyyən edir...
Aqşin Kərimov

Digər Xəbərlər: