23:49 Bərdə sakini qardaşının həyat yoldaşını və anasını bıçaqlayıb  ||     23:41 Türkiyənin Nazirlər Kabinetinin yeni tərkibi açıqlandı  ||     13:40 Rəsmi Bakıdan İrana səfərlə bağlı XƏBƏRDARLIQ  ||     13:02 İlham Əliyev iki ölkə ilə imzalanmış sənədləri təsdiq etdi  ||     12:58 “Trendyol”dan Azərbaycandakı karqo şirkətləri üçün yenilik.  ||     10:38 Sinə meydan, zülf pərişan, bel nazik RÖYA YANDIRIB-YAXIR FOTOLAR  ||     10:37 “Ən yaxın zamanda maskaları düşəcək, şərəfsizləri görəcəksiz”  ||     10:33 Bu yolda hərəkət məhdudlaşdırılacaq  ||     10:32 Üzüyünü atıb, restorandan getdi  ||     10:31 Bu gün imtahan var  ||     10:29 "Niyaməddin Musayev məni görən kimi pulları gizlətdi"  ||     10:27 Razini döyən Ziya həbs edildi  ||     10:26 "Həyat yoldaşımı qızla görmüşdüm, dedim özümü öldürəcəyəm"  ||     10:24 Əslində faydalı olan zərərli məhsullar - FOTO/SİYAHI  ||     10:23 Bu gün Ərdoğanın andiçmə mərasimi keçiriləcək  ||     10:23 Süni intellektlə işləyən PUA qəfildən operatorunu məhv etmək qərarı verdi  ||     10:22 DİN-dən sosial şəbəkələrdə özünü polis kimi təqdim edən şəxs barədə AÇIQLAMA - VİDEO  ||     10:21 Bakıda sərnişin avtobusda öldü  ||     10:20 Yetirmişli Azərbaycanda güclü zəlzələ proqnozlaşdıran Şengörə qəzəbləndi: “Boğazından yapışıb soruşaq ki...”  ||     08:44 Bakıda Rəcəb Tayyib Ərdoğanın qələbəsi təntənəli şəkildə qeyd olunub - YENİLƏNİB + FOTO/VİDEO  ||    

“Günay Sığorta”nın taleyi necə olacaq?

“Günay Sığorta”nın taleyi necə olacaq?
340
18.05.23
Ötən gün Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə “Günay Bank” ASC-nin lisenziyası ləğv edilib. 
Belə ki, “Günay Bank” ASC-nin ölkənin bank sisteminin aktivlərində xüsusi çəkisi 0,6%, kredit portfelində 1%, sektorun öhdəliklərində isə cəmi 0,5% təşkil edib.

“Günay Bank” ASC Əmanətlərin Sığortalanması Fonduna üzv bankdır və əhalinin bu bankda sığortalanmış əmanətləri üzrə kompensasiyalar fond tərəfindən qanunvericiliyə müvafiq qaydada ödəniləcək. “Günay Bank” ASC-nin digər öhdəlikləri məhkəmə tərəfindən təyin olunacaq ləğvedici tərəfindən qanunvericiliyə müvafiq qaydada tənzimlənəcək.

Bəs bankın tərkibində olan “Günay Sığorta”nın taleyi necə olacaq?

İqtisadçı ekspert Rauf Qarayev Oxu.az-a açıqlamasında bildirib ki, bankın tərkibində sığorta şirkəti varsa və lisenziyası ləğv edilməyibsə, fəaliyyətini davam etdirə bilər:

“Mərkəzi Bank tərəfindən yalnız “Günay Bank” ASC-nin müflisləşməsi ilə bağlı məhkəməyə müraciət edilib və bağlanıb”.
O qeyd edib ki, əgər sığorta şirkətinin lisenziyası ləğv edilərsə, bu zaman sığorta şirkətinin öhdəlikləri İcbari Sığorta Bürosu tərəfindən həyata keçiriləcək. Həm bankın, həm sığorta şirkətinin lisenziyasını AMB versə də, hazırda belə bir məlumat yoxdur. “Günay Sığorta” fəaliyyətin davam etdirir”.

Qeyd edək ki, ötən gün Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə “Günay Bank” ASC-nin lisenziyası ləğv edilib. 
Bankın 2023-cü ilin birinci rübündə aktivlərinin həcmi 274 milyon 274 min manat olub. 

Bu ilin aprel ayının 1-nə olan hesabatında isə  ümumi depozitlərin həcmi 108 milyon 566 min manata bərabər olub. 
“Günay Bank” ASC Əmanətlərin Sığortalanması Fonduna üzv bankdır və əhalinin bu bankda sığortalanmış əmanətləri üzrə kompensasiyalar fond tərəfindən qanunvericiliyə müvafiq qaydada ödəniləcək. 

Bank tərəfindən fonda təqdim olunmuş hesabatlara əsasən, 2023-cü ilin I rübünün sonuna bank üzrə sığortalanmış (kompensasiya olunan) əmanətlər 38,5 milyon manat təşkil edib. Qeyd edək ki, bankın əmanətçilərinin say etibarı ilə 99,9%-nin əmanətləri kompensasiya olunacaq. Hesab dövrünün rəqəmlərinə görə isə 70 milyon manat əmanətin taleyi məlum deyil. 
Digər Xəbərlər: