Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mayın 9-da Şuşada bir sıra açılışlarda və təməlqoyma mərasimlərində iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev “Azərişıq” ASC-nin Şuşa Elektrik Şəbəkələrinin İnnovativ Texnologiyalar Mərkəzinin və Atatürk küçəsinin lövhəsinin açılışını edib.
Dövlətimizin başçısına Qarabağ və Sadıqcan küçələrində görüləcək işlər barədə məlumat verilib.
Prezident İlham Əliyev Qarabağ küçəsində qeyri-yaşayış binasının təməlini qoyub, Molla Pənah Vaqif və Pənahəli xan küçələrinin kəsişməsində lövhələrin açılışını edib.
Azərbaycan Prezidenti Cıdır düzündə Mir Möhsün Nəvvab Qarabağinin Heydər Əliyev Fondu tərəfindən bərpa olunan məzarını ziyarət edib.
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Şuşada Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra Mehmandarovların malikanə kompleksinin açılışında iştirak ediblər.
Dövlətimizin başçısına və Birinci vitse-prezidentə Xüsusi nümayəndəliyin inzibati binasının qarşısındakı meydanda həyata keçiriləcək işlər barədə məlumat verilib.
Yaponiya hökuməti Kişidanın rəhbərliyi ilə tam tərkibdə istefa verdi
Bakıda sexdəki yanğında ölənlər arasında Gürcüstan vətəndaşı da var
Yeniyetmənin intihar səbəbi dəhşətə gətirir - İcazəsiz...
Aktrisa Aysel LÜKS avtomobilində - FOTO
Hər gün istifadə etdiyimiz şirin zəhər: ÜST xərçəngə səbəb olduğunu elan etdi
Oxşar Xəbərlər:

Prezident və xanımı Ağdam rayonuna səfər ediblər

Türkiyəli atletlər İlham Əliyev və Mehriban Əliyeva ilə selfi çəkdirdilər - FOTO

Prezident İlham Əliyev: “Türkiyə və Azərbaycan hər zaman bir yerdədirlər”

Prezidenti İlham Əliyev “Boeing” şirkətinin icraçı vitse-prezidentini qəbul edib

Türkiyə və Azərbaycan prezidentləri “TEKNOFEST”də - CANLI YAYIM

Prezident İlham Əliyevin “TEKNOFEST”də çıxışı Türkiyə mediası tərəfindən geniş işıqlandırılıb