Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətinin məlumatı
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Dövlət Təhlükəsizliyi Xidmətinin bir qrup əməkdaşı Ulu Öndərin adını daşıyan, Böyük Qafqaz sıra dağlarının Başdağ silsiləsinin Qızıl Qaya massivində, dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə növbəti yürüş təşkil etmişdir.
Yürüş iştirakçıları relyef və iqlim şəraitinin sərt və mürəkkəb olmasına baxmayaraq, müəyyən olunmuş yerə vaxtında çatmış, dahi şəxsiyyətin xatirəsini dərin ehtiramla anmışlar. Onlar Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldaraq, Dövlət Təhlükəsizliyi Xidmətinin adı və emblemi olan plakatı, həmçinin işğaldan azad olunmuş ərazilərdəki təbii yataqlardan götürülən qaya parçasından hazırlanmış və üzərində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünü əks etdirən xatirə daş lövhəsini zirvəyə yerləşdirmişlər.

Oxşar Xəbərlər:

Azərbaycan Qran-prisi: “Formula-2”də sərbəst yürüş başladı

Prezident İlham Əliyevin “TEKNOFEST”də çıxışı Türkiyə mediası tərəfindən geniş işıqlandırılıb

FHN-in toya gedən 20 əməkdaşı işdən çıxarıldı - Generaldan ƏMR

Azərbaycanlı ekofəallar Laçın yolundakı etiraz aksiyasını müvəqqəti dayandırırlar - BƏYANAT

Polis əhalidən niyə pul yığır? - RƏSMİ CAVAB

Azərbaycanda Nəqliyyatı Əlaqələndirmə Şurası yaradılır - SƏRƏNCAM