12:51 Bakıda sexdəki yanğında ölənlər arasında Gürcüstan vətəndaşı da var  ||     16:12 Yeniyetmənin intihar səbəbi dəhşətə gətirir - İcazəsiz...  ||     16:11 Aktrisa Aysel LÜKS avtomobilində - FOTO  ||     16:09 Hər gün istifadə etdiyimiz şirin zəhər: ÜST xərçəngə səbəb olduğunu elan etdi  ||     16:08 Bakı metrosunda halı pisləşən sərnişin vəfat etdi  ||     16:07 Məşhur müğənninin adı QARA SİYAHIYA salındı - SƏBƏB...  ||     16:06 Alyaskada 7,4 ballıq zəlzələ: Sunami xəbərdarlığı edildi  ||     10:14 Separatçılar Azərbaycanın hava məkanında sərnişin təyyarələrinə qarşı radiomaneələr tətbiq ediblər - RƏSMİ  ||     20:15 Kargo şirkətlərinə qarşı böyük haqsızlıq – NAXÇIVAN GÖMRÜYÜNDƏN ŞİKAYƏT  ||     15:57 Prezident generala yeni vəzifə verdi  ||     14:19 CZN Burakın anası həbs olundu  ||     11:53 Hansı ərazilərdə ev tikənlərə “kupça” veriləcək? - VİDEO  ||     11:52 Azərbaycanda müşahidə edilən FAKTİKİ HAVA  ||     12:00 Xəzər dənizində zəlzələ qeydə alınıb  ||     11:58 Azərbaycanda taksi kimi istifadə olunan avtomobillərdə taksometr quraşdırılması məcburi olacaq  ||     17:05 “Bakı Metropoliteni”dən 2 milyonluq TENDER – Eyni şirkətlər yenə də QALİB OLDU – FOTO  ||     17:02 “Raziyə başımla cavabdehəm. 1 həftədir ki, oğlanın evli olduğunu bilib” - Pərvin  ||     17:00 Fəlakətlə üz-üzə qalan Ukraynada son vəziyyət necədir? - VİDEO  ||     16:59 Daha bir məktəbdə rüşvət qalmaqalı: “Yazığın heç kimlə işi olmur” - VİDEO  ||     16:57 İcra başçısının sabiq müavini həbs edildi  ||    

15 yaşında evləndi, anasına və özünə villa aldı - Qəfil məşhurlaşan Nəfəs haqqında maraqlı faktlar

15 yaşında evləndi, anasına və özünə villa aldı - Qəfil məşhurlaşan Nəfəs haqqında maraqlı faktlar
3 836
02.05.23
Open.az Kulis.az-a istinadən Nəfəs adı ilə məşhurlaşan müğənni Günel Məmmədli haqqında maraqlı faktları təqdim edir. 
Əslən Tərtər rayonundan olan müğənni Günel Məmmədli 6 iyun 1993-cü ildə Bakıda dünyaya göz açıb. 
*** 
Müğənni sənətə gələndən sonra adını Nəfəs olaraq dəyişdirib. Efirlərin birində bu barədə danışarkən daha tez tanınmaq üçün belə bir ad seçdiyini bildirib: "Heç kimin ağlına gəlməyən ideya mənim ağlıma gəldi. Bu adla uğur qazandım". 
*** 
15 yaşında ailə həyatı quran ifaçının həyat yoldaşı özündən 6 yaş böyük olub. Atasının istəyi ilə baş tutan bu evlilik qısa müddətdən sonra bitib. Müğənni ayrılıq səbəbi haqqında heç yerdə açıqlama verməyib. Onun bu evlilikdən Murad və Nuran adında iki övladı dünyaya gəlib. 
*** 
İki bacısı və bir qardaşı olan ifaçının atasına övladlarından ancaq onun toyunu görmək nəsib olub və Nəfəsin evliliyindən qısa müddət sonra, o, dünyasını dəyişib. 
*** 
Nəfəs ailəsi ilə birgə 2009-cu ilədək kirayədə yaşayıb. 
*** 
11-16 yaşlarından musiqi ilə məşğul olan Nəfəs 2018-ci ildən populyarlaşmağa başlayıb. Aqşin Fateh ilə duet oxuduğu "Yarem" mahnısından sonra daha da məşhurlaşıb. Bir müddət sonra isə aralarında münaqişə yarandığı üçün onların duet ortaqlığı pozulub. İfaçı səbəb kimi Aqşinin ondan xəbərsiz Vəfa Şərifova ilə duet oxumasını göstərib: "Mənlə iş birliyi ola-ola Vəfa Şərifova ilə duet hazırlamışdı. Mənə dedi ki, onunla oxuyum sonra, bəlkə, səninlə də oxuyaram. Bunu heç cür qəbul edə bilməzdim. Çünki biz iş birliyinə başlayanda mənə şərt qoymuşdu ki, heç kimlə oxumayacaqsan. Hər hansı müğənni təklif etsə, rədd edəcəksən. Hətta telefon nömrələrini belə dəyişəcəksən ki, sənə çata bilməsinlər. Mən də duet ortağı olduğumuz üçün hər şeyə razı olmuşdum. Amma onun belə hörmətsizlik etməsi xətrimə dəydi". 
Aralarındakı mübahisədən sonra sənət aləmində Aqşinə görə məşhurlaşması ilə bağlı tez-tez fikirlər eşidən Nəfəs maqazin verilişlərində birində məsələyə bu cür aydınlıq gətirərək bildirib: "Təzə-təzə səhnəyə addım atırdım, bir ay çəkmədi ki, məşhurlaşdım. Bunu özüm etdim. Aqşin də bir restoranda çıxışımı görüb mənə təklif etdi ki, birlikdə oxuyaq. Düşünürəm ki, o, bir vasitəçidir. Allah onu mənim üçün göndərmişdi. Amma "Yarem"i tək ifa etsəm də, bir neçə aya tanınacaqdım. Buna əminəm. Aqşin sadəcə prosesi sürətləndirdi. 
Sözügedən duetdən sonra Nəfəsin "Tükənmişəm", "Ürəyim", "Gizli eşq" adlı mahnıları dinləyicilər tərəfindən böyük rəğbət qazanıb. 
*** 
Şou-biznesə atdığı ilk addımlardan oxuduğu mahnılara görə daş-qalaq edilən ifaçı müsahibələrinin birində bu barədə danışarkən bildirib: "Bizi sevən insanlar üçün çalışırıq. Bu gün tərzimi də onlara uyğunlaşdırıram. Mən əslində başqa bir tərzdə dünyaca məşhur pop ulduzlar kimi çıxışlar edə bilərdim. Amma məni belə sevdilər. Çox təəssüf ki, bu gün mənim janrımda olan mahnılar daha çox sevilir. Məndə bu mahnıları oxuyub insanların sevimlisi oluram". 
Səhnəyə gəldikdən sonra onu dəstəkləyənlərdən biri də Xalq artisti Röya Ayxan olub. İfaçının sözlərinə görə, Röyanın ifa tərzi ilə bağlı ona yazdığı xoş sözlər onu daha da ruhlandırıb, sənətdə irəliləməsi üçün ona motivasiya verib: "O hazırda olduğu yerdən də yüksəkliyə layiq bir insandır. Vaxtilə Röyadan gözəl sözlər eşitmək mənim üçün böyük dəstək idi". 
*** 
İki övlad anası olan sənətçi ana kimi xoşbəxt olsa da, qadın kimi hələ tam xoşbəxtlik tapmayıb. Müğənni ilə ailə qurmaq istəyənlər çox olsa da o bu təklifləri geri çevirib. Sənətçi evlilik həyatına birdəfəlik son verib.
 
Yenidən evlənməsi ilə bağlı şayiələrə isə efirlərdən birində verdiyi bu açıqlama ilə son qoyub: "Özüm boyda övladlarım var. Onların üstündə yeni bir ata olmasını istəmərəm. Amma sevgisiz də qalmaram. Xanım tək yaşayırsa, hər axşam evə gedəndə başını yastığa qoyub ağlayır. Ən çətin günlərim də məhz o günlər olur". 
*** 
İfaçının adı ara-sıra yüksək məbləğ pullarla yanaşı çəkilib. O anasına 270 min manata aldığı villa və özünün 250 minlik bağı ilə gündəmə gəlib. Çoxlarını düşündürən "bu qiymətdə bağı ona kim alıb?" - sualına Nəfəs bu cür aydınlıq gətirib: "Çox istərdim deyim ki, yoldaşım və ya sevgilim alıb. Xanım kimi mən də bir bəy tərəfindən qürurlanmaq istəyirəm. Amma elə deyil. O bağı öz əziyyətimlə almışam". 
*** 
Müğənni televiziya proqramlarından birində boşanma səbəbindən də söhbət açıb:"Yaşadıqlarım mənim üçün zərbə oldu amma yenə də yıxılmadım. Övladlarıma görə dirənərək yaşayacam. Anam da mənim taleyimi yaşayıb. Övladlarıma görə körpüləri yandırmadım. Nənəsi, babası, atası kömək edir, maraqlanırlar. Maddiyyatla ata ola bilərəm, mənəviyyatla ola bilmərəm. Övladlarımın atasız qalmağını istəmərəm" 
*** 
Qeyd edək ki, hazırda efirlər gec-gec çıxan Nəfəs bunun səbəbini də məhz maddiyyatla əlaqələndirir.
Digər Xəbərlər: