12:51 Bakıda sexdəki yanğında ölənlər arasında Gürcüstan vətəndaşı da var  ||     16:12 Yeniyetmənin intihar səbəbi dəhşətə gətirir - İcazəsiz...  ||     16:11 Aktrisa Aysel LÜKS avtomobilində - FOTO  ||     16:09 Hər gün istifadə etdiyimiz şirin zəhər: ÜST xərçəngə səbəb olduğunu elan etdi  ||     16:08 Bakı metrosunda halı pisləşən sərnişin vəfat etdi  ||     16:07 Məşhur müğənninin adı QARA SİYAHIYA salındı - SƏBƏB...  ||     16:06 Alyaskada 7,4 ballıq zəlzələ: Sunami xəbərdarlığı edildi  ||     10:14 Separatçılar Azərbaycanın hava məkanında sərnişin təyyarələrinə qarşı radiomaneələr tətbiq ediblər - RƏSMİ  ||     20:15 Kargo şirkətlərinə qarşı böyük haqsızlıq – NAXÇIVAN GÖMRÜYÜNDƏN ŞİKAYƏT  ||     15:57 Prezident generala yeni vəzifə verdi  ||     14:19 CZN Burakın anası həbs olundu  ||     11:53 Hansı ərazilərdə ev tikənlərə “kupça” veriləcək? - VİDEO  ||     11:52 Azərbaycanda müşahidə edilən FAKTİKİ HAVA  ||     12:00 Xəzər dənizində zəlzələ qeydə alınıb  ||     11:58 Azərbaycanda taksi kimi istifadə olunan avtomobillərdə taksometr quraşdırılması məcburi olacaq  ||     17:05 “Bakı Metropoliteni”dən 2 milyonluq TENDER – Eyni şirkətlər yenə də QALİB OLDU – FOTO  ||     17:02 “Raziyə başımla cavabdehəm. 1 həftədir ki, oğlanın evli olduğunu bilib” - Pərvin  ||     17:00 Fəlakətlə üz-üzə qalan Ukraynada son vəziyyət necədir? - VİDEO  ||     16:59 Daha bir məktəbdə rüşvət qalmaqalı: “Yazığın heç kimlə işi olmur” - VİDEO  ||     16:57 İcra başçısının sabiq müavini həbs edildi  ||    

İrandan qanunsuz yolla ölkəmizə narkotik göndərən kanallardan birinə ağır zərbə - ƏMƏLİYYATIN VİDEOSU

İrandan qanunsuz yolla ölkəmizə narkotik göndərən kanallardan birinə ağır zərbə - ƏMƏLİYYATIN VİDEOSU
5 340
02.05.23
İrandan birbaşa olaraq milli genefondumuzun məhv edilməsi məqsədi ilə göndərilən külli miqdarda narkotik vasitələrin ölkə ərazisində qanunsuz dövriyyəyə buraxılmasının qarşısı növbəti dəfə Daxili İşlər Nazirliyi tərəfindən qətiyyətlə alınıb.

Daxili İşlər Nazirliyin Mətbuat Xidmətindən verilən xəbərə görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Qaradağ rayonu ərazisində həyata keçirdikləri tədbir nəticəsində paytaxt sakinləri Rövşən Zamanov və Röyal Baloğlanov saxlanılıblar.

Onların avtomobilinə və yaşadıqları evlərə baxış zamanı hər iki şəxsə məxsus 112 kiloqram, o cümlədən 30 kiloqram heroin, tərkibi psixotrop maddələrlə zənginləşdirilərək yüksək təsiredici xassəyə malik olan 52 kiloqram qurudulmuş marixuana, 30 kiloqram metamfetamin və narkotiklərin satışında istifadə etdikləri 2 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Rövşən Zamanov və Röyal Baloğlanov narkotik vasitələri İran vətəndaşı “Hadı” adı şəxsin vasitəsilə sərhədyanı bölgədə yerləşən İmişli rayonu ərazisində gizlədilən yerdən Bakı şəhərində müxtəlif ünvanlara çatdırıb pul qazanmaq məqsədilə əldə etdiklərini bildiriblər.

Sonuncu əməliyyat zamanı İrandan Azərbaycana narkotik vasitələri qeyri-leqal yollarla göndərən kanallardan daha birinə güclü zərbə endirilib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, hər 2 şəxs barəsində həbs qətimkan tədbiri seçilib, əməliyyat tədbirləri davam etdirilir.




Digər Xəbərlər: