12:51 Bakıda sexdəki yanğında ölənlər arasında Gürcüstan vətəndaşı da var  ||     16:12 Yeniyetmənin intihar səbəbi dəhşətə gətirir - İcazəsiz...  ||     16:11 Aktrisa Aysel LÜKS avtomobilində - FOTO  ||     16:09 Hər gün istifadə etdiyimiz şirin zəhər: ÜST xərçəngə səbəb olduğunu elan etdi  ||     16:08 Bakı metrosunda halı pisləşən sərnişin vəfat etdi  ||     16:07 Məşhur müğənninin adı QARA SİYAHIYA salındı - SƏBƏB...  ||     16:06 Alyaskada 7,4 ballıq zəlzələ: Sunami xəbərdarlığı edildi  ||     10:14 Separatçılar Azərbaycanın hava məkanında sərnişin təyyarələrinə qarşı radiomaneələr tətbiq ediblər - RƏSMİ  ||     20:15 Kargo şirkətlərinə qarşı böyük haqsızlıq – NAXÇIVAN GÖMRÜYÜNDƏN ŞİKAYƏT  ||     15:57 Prezident generala yeni vəzifə verdi  ||     14:19 CZN Burakın anası həbs olundu  ||     11:53 Hansı ərazilərdə ev tikənlərə “kupça” veriləcək? - VİDEO  ||     11:52 Azərbaycanda müşahidə edilən FAKTİKİ HAVA  ||     12:00 Xəzər dənizində zəlzələ qeydə alınıb  ||     11:58 Azərbaycanda taksi kimi istifadə olunan avtomobillərdə taksometr quraşdırılması məcburi olacaq  ||     17:05 “Bakı Metropoliteni”dən 2 milyonluq TENDER – Eyni şirkətlər yenə də QALİB OLDU – FOTO  ||     17:02 “Raziyə başımla cavabdehəm. 1 həftədir ki, oğlanın evli olduğunu bilib” - Pərvin  ||     17:00 Fəlakətlə üz-üzə qalan Ukraynada son vəziyyət necədir? - VİDEO  ||     16:59 Daha bir məktəbdə rüşvət qalmaqalı: “Yazığın heç kimlə işi olmur” - VİDEO  ||     16:57 İcra başçısının sabiq müavini həbs edildi  ||    

Mövsüm meyvələri cib yandırmasa da, alan yoxdur: “Millət ucuz mal yeyə bilmir” - REPORTAJ + FOTO

Mövsüm meyvələri cib yandırmasa da, alan yoxdur: “Millət ucuz mal yeyə bilmir” - REPORTAJ + FOTO
4 067
26.04.23
Bakı bazarlarında mövsümi meyvələr göz oxşasa da, qiymətləri heç də hamının ürəyincə deyil. Bölgələrdə çox ucuz olan meyvələrin paytaxtda baha satılması az adamı narahat etmir. Üstəlik, hərdən paradoksla da rastlaşırıq: mövsümü olmadığı vaxt ucuz satılan meyvələr öz mövsümündə ikiqat baha satılır və ya əksinə.
Paytaxt əhli arasında ən sərfəli alış-veriş məkanlarından biri kimi tanınan “8-ci km bazarı”nda mövsümlə əlaqədar vəziyyətin necə olduğunu öyrənmək üçün Oxu.Az-ın əməkdaşları oraya baş çəkiblər.
Diqqətimizi çəkən ilk məqam bazardakı seyrəklikdir. Əvvəlki qədər sıxlıq müşahidə olunmur. Piştaxtalar isə az qala məhsulun ağırlığından sınır.
Bazarın rəngi az qala qırmızı-yaşıldır: hara baxırsan, çiyələk və alça görürsən. Ümumi müşahidələrdən aydın olur ki, mövsümi meyvələrin qiyməti keçənilki kimi “əl yandırmır”.

Satıcı deyir ki, qiymət ölçüyə görə dəyişir:
“Çiyələyin bir kiloqramı 2 manat 50 qəpik, alçanın - 4 manat 50 qəpikdir. Meyvənin ölçüsünə görə qiymətlər dəyişir. Məsələn, kiçik ölçülü alçalar 1 manat 50 qəpikdir. Alıcılıq qabiliyyəti normaldır. Çünki qiymətlər ucuzdur. Bəzi yerlərdə çiyələyin iki manata satıldığı deyilir. Amma 2 manat 80 qəpiyə satırlar. Kələk gəlməyə çalışırlar. Bu düzgün deyil. Hər kəs çörəkpulu üçün çalışır”.

Digər bir satıcı da alıcılıq qabiliyyətindən narazı olmadığını qeyd edir:
“Məhsul bol olanda qiymət də dəyişir. Üç gün bundan öncə çiyələk beş manata idi. İndi isə 2 manat 50 qəpik olub. Hər birinin öz qiyməti var. Satış normaldır. Narazılıq yoxdur”.
Topdansatışdan 2 manat 60 qəpiyə aldığımız malın üzərinə 20 qəpik qoyub satırıq. Çox deyil. Normaldır. Bunun yerpulu var. Alıcılar bunu başa düşmürlər. Baha deyil axı. Nəzərə almaq lazımdır. Biz evə 10-15 manat aparırıq, ya aparmırıq. Fırıldaq işlətmirik”.
Alıcılıq qabiliyyətindən şikayətlənən də var:
“Satılsa, satarıq. Mallarımızı alan yoxdur. Alan olsa, mal heç burada qalmaz. Millət ucuz mal yeyə bilmir. Baha olsa, tez alacaqlar”.

Həmin satıcının piştaxtasında alçanın qiyməti yeddi manatdan başlayır:
“Alıcılıq çox zəifdir. Çiyələyin qiyməti 3 manat 50 qəpik və ya 3 manatdır. Qiymət məhsulun iriliyi, xırdalığı, sortu və şirinliyinə görə dəyişir. Güzəştlər də edilir. İstərdik ki, yaxşı olsun. Hər kəsin malı satılsın.
Əvvəlki illərə nisbətən alıcılıq qabiliyyəti zəifdir. Ötən illər daha yaxşı idi. Hazırda qiymətlər yuxarıdır. Hər şey bahalaşıb. İnflyasiyadır. Baha olanda da istənilən malın alıcılıq qabiliyyəti aşağı düşür”.
Satıcılardan digəri alıcılıq qabiliyyətinin ildən-ilə azaldığını vurğulayır:
“Alıcılıq aşağıdır. Bəzən körpə uşaq gəlir. Anası ona çiyələk ala bilmir. Hamısı kasıblıqdandır. İstərdik ki, hər kəs ala bilsin. Sovet dövründəki kimi sovxoz, kolxoz olsa, qiymətlər yüksək olmaz, tarazlıq olar. İstərdik ki, yaxşı olsun, iqtisadiyyatımız güclənsin. Hər kəs çörəkpulu üçün buradadır”.
Bazarın çərəz satılan hissəsinə baş çəkirik. Çeşid çoxluğu burada da göz önündədir, amma satıcılar bikarlıqdan gileylənirlər:

“Alıcılıq qabiliyyəti zəifdir. Bayramda da zəif idi. Qiymətlər eynidir. Ləpənin qiyməti yeddi manatdan başlayır. Bahalaşma qəti şəkildə yoxdur. Endirimlər də edirik. Axşambazarı məhsul daha ucuz satılır ki, əldə qalmasın”.
Süd məhsulları satılan hissədə də alıcılıq qabiliyyəti baxımından vəziyyət eynidir, amma qiymət məsələsi fərqlidir. Satıcılar da etiraf edirlər ki, məhsullar bahalaşıb:

“Süd məhsulları bahalaşıb. Əvvəl 4 manat 50 qəpiyə aldığımız məhsulu indi 5 manata alırıq. Daim ehtiyac var. Amma alıcılıq qabiliyyəti aşağıdır. Bazardan süd-qatıq alan yoxdur. İnsanlar marketlərə daha çox üz tuturlar. Baha olsa da, marketdən alırlar”.
Alıcılardan biri isə süd məhsullarının qiymətinin normal olduğunu qeyd edir:
“Qane edir. Bahalaşma yoxdur. İndi kilosu 6 manata pendir aldım. Bura marketlərə nisbətən yaxşıdır. Mövsümi meyvələr bahadır. Çiyələk, alça od tutub yanır. Ona görə də ala bilmirəm. Quru meyvələri bayramdan sonra almamışam. Lakin dədə-babadan bahadır. Belə olmaz”.

Mövsümü olmayan meyvələrin isə sanki “benefisi”dir. Satıcılardan biri şaftalının bir kiloqramının 30 manata olduğunu deyir:

“Qarpızın bir kiloqramı 2, qaysının bir kiloqramı 10, armudun - 4 manat 50 qəpik, üzümün - 3 manat 50 qəpik və 6 manat arası dəyişir. Mövsümü olanda ucuz olur. İndi isə bahadır. Az qaldığı üçün belədir. Əvvəl 100 nəfər satırdısa, indi 10 nəfər satır. Alıcısı da var. Mövsümü olmayan nar indi 3-4 manata satılır. Mövsümündə isə daha baha idi. Marketlər meyvəni ucuz qiymətə verirlər. Amma digər malları baha satırlar. Ona görə də bazardan meyvə alan yoxdur”.

Satıcı sonda qeyd edib ki, mövsümü meyvələr baha satılsa da, alan var:

“İnsanlar ucuz satılan mövsümi meyvələrdən daha çox, mövsümü olmayan meyvələri alırlar. Çox qəribədir. Yəqin, baha qiymətə satılan məhsula tələbat artıb. Zəmanə, yəqin, bunu tələb edir”.










Digər Xəbərlər: