Ukraynada prezident seçkilərində qalib gələn Vladimir Zelenskinin inaqurasiya tarixi təyin edilib.

Open.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Ukrayna parlamenti Zelenskinin inaqurasiyasının mayın 20-də keçirilməsi ilə bağlı qərar verib.

Xatırladaq ki, V. Zelenski 21 aprel prezident seçkilərində 73,23 faiz səslə qələbə qazanıb. Aprelin 30-da Ukrayna Mərkəzi Seçki Komissiyası (MSK) Zelenskini prezident seçkilərinin qalibi elan edib.

Gülnar Qafarlı