Ukrayna prezident Vladimir Zelenski Azərbaycanın vətəndaşı Mixail Bno-Ayriyanı Kiyev vilayəti dövlət administrasiyasının başçısı təyin edib.

Open.az "sbu.ua"ya istinadən xəbər verir ki, sözügedən fərman dövlət başçısının rəsmi saytında dərc edilibş

Qeyd edək ki, Mixail Bno-Ayriyanın 35 yaşı var. O, Bakıda doğulub. Orta məktəb təhsilini Lvovda, universitet təhsilini Kiyevdə alıb.

Hazırda Kiyevdə yaşayır, evlidir.

O, beynəlxalq münasibətlər üzrə mütəxəssis, ərəb dilindən tərcüməçi olan beynəlxalq iqtisadçıdır.

Gülnar Qafarlı