Ukrayna prezidenti Vladimir Zelenskinin ABŞ-a səfəri 23 sentyabrda başlayacaq.

Open.az xəbər verir ki, bu haqda ölkənin Xarici İşlər naziri Vadim Pristayko məlumat verib.

Pristayko Zelenski ilə ABŞ prezidenti Donald Tramp arasındakı görüşün nə vaxt olacağını bildirməyib: "Hazırda üzərində çalışdığımız fərqli tarixlər var".

Qeyd edək ki, Donald Tramp avqustun 9-da Zelenskini tezliklə Ağ Evdə qəbul ediləcəyini açıqlamışdı.

Gülnar Qafarlı