Yunanıstanda son sutka ərzində koronavirusa yoluxanların sayı rekord sayda – 262 nəfər artaraq 6 177-yə yüksəlib.

Open.az “TASS”a istinadən bildirir ki, bu məlumatı ölkənin Səhiyyə Nazirliyi öz saytında yerləşdirib.

Qeyd edilib ki, son sutka ərzində 2 nəfər ölüb. Nəticədə ölkədə koronavirusdan ölənlərin sayı 216-ya çatıb. Ölənlərin ortalama yaşı – 76-dır.

Səhiyyə Nazirliyinin məlumatına görə, xəstəxanaların reanimasiya şöbələrində 24 nəfər qalmaqdadır.