Yunanıstanda quru qoşunlarda 9 aylıq hərbi xidmət müddəti 12 aya qədər uzadılacaq.

Open.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə müdafiə naziri Nikos Panayiotopulos Xarici Əlaqələr və Müdafiə Şurasının (KYSEA) iclasından sonra belə bir açıqlama ilə çıxış edib.

Belə ki, bu qərarın may ayından etibarən qüvvədə olacağı bildirilib.

Panayiotopulos yaxın günlərdə məsələ ilə bağlı ətraflı bir açıqlama veriləcəyini deyib.

Qeyd edək ki, hazırda Yunanıstandakı donanma və hava qüvvələrində 12 aylıq məcburi hərbi xidmət tətbiq olunur. 19 yaşdan yuxarı və sağlam kişilərin hərbi xidməti başa vurmaq məcburiyyəti var.