Yunanıstanda leysan, dolu və fırtına səbəbindən 6 turist həyatını itirib, 108 nəfər xəsarət alıb.

Open.az "AA"ya istinadən xəbər verir ki, bu barədə Yunanıstanın dövlət televiziyası ERT məlumat yayıb.

Ölkənin şimalını viran edən və xüsusilə turizm bölgəsi Halkidikidə təsirli olan fırtına, can və mal itkilərinə səbəb olub.

Selanik yaxınları ətrafında baş verən fırtınada ikisi uşaq olmaqla 6 nəfər həlak olub. Ölənlərin hamısının Çexiya, Rumıniya və Rusiyadan gələn turistlər olduğu bildirilib.

Bölgəyə çox sayda mülki müdafiə qrupu sövq edilib. Ölkədə fövqəladə vəziyyət elan edilib.

Gülnar Qafarlı