Türkiyə Xarici İşlər Nazirliyi Yunanıstan qəzetlərindən birində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı təhqiramiz sözləri ilə əlaqədar Yunanıstan səfirini çağırıb.

Open.az-ın məlumatına görə, bu barədə mətbuat konfransı zamanı Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib.

Nazir qeyd edib: "Türkiyə XİN-ni Yunanıstan səfirini yunan qəzetində Türkiyə prezidenti haqqında uyğun olmayan başlığa görə çağırıb".

Türkiyə diplomatiyasının rəhbəri "təhqir və söyüşlər mətbuat azadlığı baxımından nəzərə alınmamalıdı"ğını qeyd edib.