Ermənistanın paytaxtı Yerevanda ölkənin baş naziri Nikol Paşinyanın istefasını tələb edən müxalifət yenidən Baqramyan prospektinə, parlament binasının qarşısına qayıdıb.

Open.az xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi bildirib.

Qeyd edilir ki, onlar bundan əvvəl Paşinyanın əleyhinə şüarlar və təhqirlər səsləndirərək Yerevan mərkəzində bir neçə kilometr irəliləyiblər. İndi isə Baqramyan prospektinə qayıdıblar.

Aksiyada bir neçə min insan iştirak edir. Hələlik polislə aksiyaçılar arasında hər hansı qarşıdurma yaranmayıb.