Yerevandan Moskvaya uçan sərnişin eniş edərkən əl çantasındakı bomba barədə məlumat verib.

Open.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ermənistan Mülki Aviasiya Komitəsi məlumat yayıb.

Sərnişinin heç bir tələb irəli sürmədiyi, aviasiya təhlükəsizlik xidməti və polisə məlumat verildiyi bildirilib.

Bütün sərnişinlər təyyarədən çıxarılıb və əl çantalar, baqajlar və yüklərdə yoxlama aparılıb.

Nəticədə heç nə aşkar edilməyib. Sərnişin polisə təhvil verilib, araşdırma aparılır.

Gülnar Qafarlı