Yaponiyanın baş naziri Sindzo Abe son 41 ildə ilk dəfə İranın Tehran şəhərində rəsmi səfərdədir.

Open.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Abeni aeroportda İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif qarşılayıb.

Səfərin müddəti iyunun 12-dən 14-dək davam edəcək. Baş nazirin Tehranda İranın ali dini lideri Əli Xamenei və prezident Həsən Ruhani ilə görüşü planlaşdırılıb.

Qeyd edək ki, Yaponiyanın hökumət başçısı İrana sonuncu dəfə 1978-ci ildə İrana səfər edib.

Gülnar Qafarlı