Xilasedicilər Yeni Zelandiyanın Uayt-Aylend adasında vulkan püskürməsinin qurbanlarının cəsədlərini tapıblar.

Open.az-ın məlumatına görə, bu barədə ölkə polisi bildirib.

Öncə xəbər verilib ki, səkkiz əsgərdən ibarət xilasetmə qrupu ölənlərin qalıqlarını axtarmaq üçün adaya enib.

Məlumatda deyilir: "Altı cəsəd Uayt-Aylend adasından hava daşınması üçün hazırlanıb və onların helikopterlə Wellington gəmisinə daşınması prosesi başladı".

Ölənlərdən birinin qalıqları artıq adadan uğurla çıxarılıb.