Yeni Zelandiyada vulkan püskürməsi nəticəsində 1 nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Open. az Reuters-ə istinadən xəbər verir ki, Yeni Zelandiyada yerləşən Şimal adasının şərq sahilində vulkan püskürməsi havaya böyük miqdarda kül kütləsinin yayılmasına səbəb olub.

Yeni Zelandiya polisin yaydığı məlumata görə, bir neçə nəfərin yaralanıb itkin düşməsinə baxmayaraq vulkanın aktivləşdiyi Ağ adadan 23 insanın həyatını xilas etmək mümkün olub.

Yeni Zelandiyanın Baş naziri Jacinda Ardern jurnalistlərə açıqlamasında polisin məsələyə ciddi yanaşdığını qeyd edib: “Bilirik ki, həm yeni zelandiyalılar, həm də xaricdən gələn qonaqlar olmaqla, adada və onun ətrafında çoxlu turist var idi. Həmin insanların yaxınları da narahatdırlar. Onları əmin edə bilərəm ki, polis əlindən gələni edir.”

Qeyd edək ki, Ağ ada vulkanı Yeni Zelandiyanın ən aktiv vulkanlarından biridir.

Günay Arifqızı