Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin lideri olduğu Vahid Milli Hərəkat Partiyası (VMHP) Azər Süleymanovu deputatlığa namizəd irəli sürəcək.

Open.az “Report”un yerli bürosuna istinadən xəbər verir ki, o, Marneuli-Qardabani dairəsi üzrə majoritar deputatlıq uğrunda mübarizə aparacaq.

A.Süleymanov “Marneuli” radiosuna partiyada namizədliyinin yekdilliklə dəstəkləndiyini bildirib.

VMHP yaxın günlərdə namizədlərini rəsmi şəkildə ictimaiyyətə təqdim edəcək.

Qeyd edək ki, A.Süleymanov 1999-cu ildən Gürcüstan parlamentində təmsil olunur.