Venesuelanın Rabitə və İnformasiya naziri Xorxe Rodriges koronavirusa yoluxub.

Open.az xəbər verir ki, bu barədə Nazir öz "Twitter" səhifəsindən yazıb.

X.Rodriges qeyd edib ki, özünü yaxşı hiss etməyinə baxmayaraq, virusun öhdəsindən gəlmək üçün izolyasiya və lazımi rejimə əməl etməliyəm.

Qeyd edək ki, bundan əvvəl Venesuela Konstitusiya Məclisinin sədri Dyosdado Kabelyo və iqtisadi məsələlər üzrə vitse-prezident və ölkənin neft sənayesi naziri Tarek el-Ayssaminin koronavirusa yoluxduğu bildirilmişdi.