Venesuela Prezidenti Nikolas Maduro elan edib ki, onun ölkəsinin alimləri COVID-19-u 100 faiz neytrallaşdıra biləcək dərman işləyib hazırlayıblar. Bu molekul TR-10 adını daşıyır.
Open.az xəbər verir ki, dövlət başçısının sözlərinə görə, Venesuela Elmi-Tədqiqat İnstitutu (IVIC) 6 ay ərzində yeni preparatın effektivliyini öyrənib.
IVIS yaxın günlərdə preparatı təsdiqlənmək üçün Ümumdünya Səhiyyə Təşkilatına yollayacaq. TR-10 molekulu hər hansı zəhərləmə qabiliyyətinə malik deyil və kənar təsir əmələ gətirmir.
Qeyd edək ki, indiyədək Venesuelada koronavirusa yoluxanların sayı 89565 nəfərə çatıb, 773 nəfər isə bu xəstəlikdən vəfat edib.