ABŞ-ın Vaşinqton ştatında ölüm cəzası ləğv edilib.

Open.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Vaşinqton Ali Əyalət Məhkəməsi qərar qəbul edib.

Ölüm cəzasının irqi olaraq qərəzli olduğuna görə ləğvinə qərar verilib. Beləliklə, Vaşinqton illərdir tətbiq olunan ölüm cəzasını qadağan edən 20-ci ştat olub.

Məhkəmə qərarından sonra Vaşinqton meri Cey İnsli açıqlama verib: "Bərabər ədalət demokratiyanın bir əlamətidir və bərabər ədaləti təmin etmək dövlətin öhdəliyindədir. Vaşinqton ştatında uzun zamandır qüvvədə olan ölüm cəzasının ləğv edilməsindən məmnun oldum".

Qeyd edək ki, Vaşinqton Ali Məhkəməsi ölüm cəzasını 1976-cı ildə yenidən qüvvəyə mindirmişdi və 5 məhkumu ölüm cəzası ilə cəzalandırmışdı. 2014-cü ildən bu yana isə 8 məhbus ömürlük həbs cəzasına məhkum edilib.

Gülnar Qafarlı