Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 286 mindən çox artıb.

Open.az-ın "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Avqustun 9-u saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 286 710 nəfər yeni koronavirusa yoluxub, 6 713 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 20 730 456, ölənlərin isə 751 154 nəfərə çatıb.

Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb - 11 109 443 yoluxma və 402 734 ölüm halı.

İkinci yerdə Avropa regionu qərarlaşıb. Burada yoluxanların sayı 3 702 640, ölənlərin sayı isə 218 662 nəfərə çatıb.

Üçüncü yeri Cənub-Qərbi Asiya regionu tutur, burada ümumilikdə 2 900 347 yoluxma və 57 756 ölüm halı qeydə alınıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.