Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 262 mindən çox artıb.

Open.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Avqustun 1-i saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 262 929 nəfər koronavirusa yoluxub, 5 851 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 17 660 523, ölənlərin isə 680 894 nəfərə çatıb.

Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb - 9 476 763 yoluxma və 359 180 ölüm halı.

İkinci yerdə Avropa regionu qərarlaşıb. Burada yoluxanların sayı 3 375 535, ölənlərin sayı isə 213 284 nəfərə çatıb.

Üçüncü yeri Cənub-Qərbi Asiya regionu tutur, burada ümumilikdə 2 131 165 yoluxma və 45 837 ölüm halı qeydə alınıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.