Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 163 mindən çox artıb.

Open.az-ın "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

İyunun 30-u saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 163 865 nəfər yeni koronavirusa yoluxub, 3 946 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 10 185 374, ölənlərin isə 503 862 nəfərə çatıb.

Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb - 5 136 705 yoluxma və 247 129 ölüm halı.

İkinci yerdə Avropa regionu qərarlaşıb. Burada yoluxanların sayı 2 692 086, ölənlərin sayı isə 197 254 nəfərə çatıb.

Üçüncü yeri Qərbi-Sakit okean regionu tutur, burada ümumilikdə 1 058 055 yoluxma və 24 423 ölüm halı qeydə alınıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.