Dünyada koronavirusa yoluxanların sayı 6,4 milyonu ötüb.

Open.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

ÜST-ün məlumatına görə, son bir gündə koronavirusa dünyada 129 mindən çox yoluxma qeydə alınıb, ümumilikdə 380 mindən çox insan ölüb.

Son məlumatlara görə, son sutkada COVID-19 129 281 yoluxma qeydə alınıb, 4 842 pasiyent ölüb. Beləliklə, dünyada təhlükəli virusa yoluxma ilə bağlı aşkar edilmiş halların ümumi sayı 6 416 828 təşkil edir. Pandemiya ərzində ümumilikdə 382 867 insan COVID-19-dan ölüb.

Virusa ən çox yoluxma Şimali və Cənubi Amerikada qeydə alınıb. Qitə ölkələrində 3 022 824 nəfər koronavirus daşıyıcısıdır.