Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus diaqnozu ilə xəstəxanalarına yerləşdirilən xəstələrdə hidroksixloroxin (malyariyaya qarşı dərman) və lopinavir/ritonavirin (antiretrovirus dərman) dərmanlarının sınağını dayandırıb.

Open.az-ın məlumatına görə, bu barədə təşkilatın saytında yayımlanan açıqlamada bildirilib.

Bildirilib ki, ilkin sınaq nəticələri hidroksixloroxin və lopinavi/ritonavirin COVİD-19 ilə xəstəxanalara yerləçdirilən xəstələr arasında ölüm hallarının azalmasına səbəb olmadığını və ya dəmək olar ki səbəb olmadığını göstərdi.